Xəbər lenti
Ordumuz dünyanın ən güclü orduları sırasındadır
Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, hərbi qulluqçuların Vətən sevgisi, döyüş ruhu və yüksək nizam-intizamı onu deməyə imkan verir ki, Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu fikir Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
İştirakçılar əvvəlcə hərbi hissənin texnika, silah və digər vasitələri ilə tanış olublar. Sonra desantatma və manqanın düşmən arxasında fəaliyyəti, basqı və pusqu, şəxsi heyətin hərbi tətbiqi və fiziki hazırlığı nümayiş olunub. Xüsusi təyinatlı dəstənin nümunəvi çıxışı alqışlarla qarşılanıb.
Tədbir ulu öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın dövlət himni oxunub.
Tədbirdə çıxış edən general-mayor Mais Bərxudarov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəxsi heyəti hərbi hissənin yaranmasının ildönümü münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar və qələbə sevinci arzulayıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib. Ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi.
Çıxışlarda hərbi hissənin yarandığı qısa müddətdə əldə etdiyi uğurlar yüksək qiymətləndirilib. Vurğulanıb ki, Azərbaycan Ordusu nəyin bahasına olursa-olsun, respublikamızın ərazi bütövlüyünü təmin edəcək.
Sonra xidmətdə fərqlənən hərbi qulluqçulara medal, fəxri fərman və hədiyyələr təqdim olunub. Tədbir çay süfrəsi arxasında davam edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar