Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağa görə addımlar atılmalıdır – Rusiya Patriarxı

Tarix: 08-09-2017 18:57     Baxış: 2487 A- / A+
Qarabağa görə addımlar atılmalıdır

Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət tərəflər arasında etimad tədbirlərinin gücləndirilməsi üçün tədbirlər işləyib hazırlamağı tələb edir.

Report-un məlumatına görə, bunu Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan və Ermənistan dini liderləri ilə Moskvadakı görüşündə deyib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər münaqişənin həlli üzrə qarşılıqlı anlayış və eyni baxışı əks etdirəcək müəyyən razılıqlar əldə edə, birgə mətn hazırlaya biləcəklər.

"Xoş məramımızı və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək istəyimizi yüksək qiymətləndirirəm. Görüşün özü xalqlarımızın hazırlığını, dinlərimizin sülhməramlı potensialını göstərir. Davam edən faciəli münaqişədən kənarda qalmaq çətindir. Hərbi əməliyyatlar nəticəsində insanların ölməsi əzab və acı verir. Bu hadisələr yenidən günahsızları müdafiə etməklə bağlı səsimizi qaldırmağa təşviq edir", - Rus Provaslav Kilsəsinin rəhbəri bildirib.

Onun sözlərinə görə, dini liderlərin rolu münaqişə tərəflərini vətəndaşlarının həyatını qorunmaq adına qan tökülməsinə son qoymağa çağırmaqdan və barışığa, qaçqınların geri qaytarılmasına və onların təhlükəsizliyinin təmin edilməsinə aparan konkret addımlar atmaqdan ibarətdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar