Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

NATO-nun Ermənistan üzərindən həyata keçirdiyi MƏXFİ QARABAĞ PLANI

Tarix: 16-08-2017 16:38     Baxış: 4475 A- / A+
NATO-nun Ermənistan üzərindən həyata keçirdiyi


Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerov İrəvanın NATO ilə yaxınlaşmasının böyük səhv olduğundan, Şimal Alyansının Ermənistanın xeyrinə olmayan məxfi Qarabağ planının mövcudluğundan danışıb.

Manevr.az xəbər verir ki, Ermənistan mediasına açıqlama verən M.Kolerov İrəvanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılmasının sirrini açıb.

Bildirib ki, Ermənistanın NATO təlimlərində iştirakı Rusiya və Ermənistan arasında birləşdirilmiş qoşun qruplaşması haqda razılaşmanın Moskva tərəfindən təsdiq edilməsi ilə eyni ana təsadüf etdi: “Görünür, Ermənistan NATO təlimlərində iştirak etməyi əvvəlcədən planlaşdırıb. Bu, Rusiya ilə yaradılacaq birləşmiş qoşun qrupunun neytrallaşdırılması gedişidir. Lakin bu, ilk növbədə Ermənistanın özünün ziyanınadır”.

M.Kolerov hesab edir ki, Ermənistanın NATO təlimlərində iştirakı Rusiya ilə yaradılacaq birləşmiş qoşunun gücünü ikiqat zəiflətdi: “Çünki Ermənistan özü danışırdı ki, Azərbaycan birləşmiş qoşun qrupundan qorxacaq. NATO-ya doğru əyilmə isə bu iddianı sıradan çıxarır və hesab etməyə imkan verir ki, Rusiya ilə birləşmiş qoşun lazım deyil”.(Publika.az)

Onun fikrincə, NATO ona yaxınlaşan Ermənistanı Azərbaycan və Türkiyə ilə barışdırmaq istəyəcək.

“Yəni, regionda güclənmək üçün Dağlıq Qarabağ münaqişəsinin və sərhəd probleminin həllinə çalışacaq. Bu, Ermənistanın özünün ziyanınadır”, - deyə o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar