Xəbər lenti
ABŞ-ın bu addımı Ermənistanı ÇALXALADI : İrəvana iki ÖLÜMCÜL ZƏRBƏ
İrəvanda ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun Ermənistana mümkün təsirləri ciddi şəkildə müzakirə olunur. Həm İrəvan rəhbərliyi, həm də erməni cəmiyyəti narahatlıq içindədir. Ekspertlər əmindirlər ki, Rusiyaya qarşı sanksiyalar Ermənistana son dərəcədə neqativ təsir edəcək. Çünki bu ölkənin iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə sıx bağlıdır. Misal üçün, Ermənistanın ümumdaxili məhsulunun 17 faizi təkcə bu ölkədə fəaliyyət göstərən rus şirkətlərinin payına düşür. Bununla yanaşı, Rusiyada yaşayan milyonlarla erməninin Ermənistana göndərdiyi pullar da iqtisadiyyatın ayaqda dayanmasına kömək edir. Bunun kəsilməsi isə sosial problemlərin daha da ağırlaşmasına və ölkəyə gələn pul kütləsinin kəskin azalmasına gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, erməni politoloq Qevorq Melikyan Rusiyaya qarşı sanksiyaların Ermənistanı mütləq şəkildə uçuruma sürükləyəcəyini hesab edir.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının zəifləməsi bu ölkədən Ermənistana idxal edilən malların qiymətlərinin qalxması ilə nəticələnəcək.
Erməni iqtisadçı Vilen Xaçatryan isə hesab edir ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi bu ölkədəki erməni miqrantlar üçün ciddi problemlər yaradacaq.
“Sanksiyalar nə vaxt tətbiq edilirsə, bundan ilk zərər görən miqrantlar olur. Bu, iqtisadi böhranlar zamanı müşahidə olunan dünya təcrübəsidir. Məsələ ondadır ki, Rusiyada işləyən ermənilərin sayı kifayət qədər çoxdur. Bu baxımdan, sanksiyalardan onlar ciddi zərər görəcək”, - deyə o bildirib.
Erməni iqtisadçıın fikrincə, Ermənistanı iki təhlükə gözləyir: “Birincisi, Rusiyada işləyən miqrantların göndərdiyi pul kütləsi azalacaq. İkincisi, Rusiya iqtisadi zəifləmə fonunda işçiləri ixtisar edəcək ki, bu da ermənilərin kütləvi sürətdə ölkəyə qayıtması deməkdir. Bizim iqtisadiyyatımız bu yükü qaldıra bilməyəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar