Sizin Reklam Burada
Xəbər lenti
20-11-2025
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıdan Qarabağ üçün yeni plan (ŞƏRH)

Tarix: 29-07-2017 19:40     Baxış: 5372 A- / A+
Bakıdan Qarabağ üçün yeni plan


“Azərbaycan Prezidenti İlham Əliyev ABŞ, Türkiyə, daha sonra isə Rusiya rəhbərliyi ilə görüşlər keçirdi. Bu görüşlərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllində yeni qərarların tapılmasıdır. Soçidə İlham Əliyevlə Putinin görüşündə də məhz bu məsələdə müzakirə olundu”.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı siyasi şərhçi İvan Cakayev deyib.

İ.Cakayevin ehtimallarına görə, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı yeni addımlar planlaşdırır.

“Buna görə də böyük dövlətlərin dəstəyini təmin etməyə çalışır. Hadisələrin xronologiyasına diqqət edək. İyulun 4-də erməni hərbi birləşmələri Füzulinin Alxanlı kəndinə hücum etdi və iki yaşlı qızla onun nənəsi həlak oldu. Bu faciə Azərbaycanı ayağa qaldırdı, həmçinin, dünyaya xatırlatdı ki, münaqişə dondurulmayıb. Bu hadisədən sonra Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdə oldu. Orada ABŞ dövlət katibi Reks Tillersonla görüşdü. Danışıqların əsas mövzusu Ermənistanın təxribatları idi. Tillersonla görüşdən dərhal sonra İlham Əliyev Ərdoğanla görüşdü və onunla da Dağlıq Qarabağ məsələsini müzakirə etdi. Ən sonda isə Soçidə Putinlə eyni mövzunu müzakirə etdi. Fərziyyələr var ki, Dağlıq Qarabağla bağlı yeni beynəlxalq qərarın qəbul edilməsinə hazırlıq gedir”, - deyə rusiyalı şərhçi diqqətə çatdırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar