Xəbər lenti 
					
 
		Seyran Ohanyanın atası Kəlbəcərə xaş yeməyə gəlir - ŞOK Restoran müdiri Karine deyir ki, buraya İsveç və Çexiyadan da gələn olur

Moderator.az - ın erməni KİV-nə istinadla verdiyi xəbərdə işğal altındakı dilbər bölgəmizdəki ermənilər barədə maraqlı məlumatlar ortalığa çıxıb.
Kəlbəcərdə bu gün əcnəbilərin də qonaq olduğu restoran fəaliyyət göstərir. Müdiri isə Ermənistanın Gümrü (keç. Leninakan) şəhərindən gəlmiş Karine Qabrielyandır.
İngilis və rus dillərində sərbəst danışan Karinenin sözlərinə görə, son vaxtlar Kəlbəcərə nəinki Ermənistan və Qarabağdan, Rusiyadan, hətta İsveç və Çexiya kimi Avropa ölkələrindən də qonaqlar gəlir. “DQR” “prezident”i Bako Saakyan da Karinenin qonağı olub.
“Ermənistanın müdafiə naziri Seyran Ohanyanın atası isə əvvəlcədən zəng edir ki, Karine-can, sabah mənə Gümrü xaşı hazırla. Mən də məmnuniyyətlə hazırlayıram”, - deyə erməni aşpaz lovğalanır (Düzdü, ötən il bəzi saytlar Seyran Ohanyanın atasının azərbaycanlı olduğunu yazmışdı. Amma hər halda bunu da erməni saytları yazır-S.L.).
Karine xüsusi olaraq vurğulayır ki, mənim restoranımda heç bir yarımfabrikatdan-filandan istifadə edilmir, hər şey Qarabağın və Ermənistanın təbii məhsullarından, meyvə-tərəvəzindən, ət məhsullarından hazırlanır...
Karine ağır atletika ilə məşğul olan qızını da Kəlbəcərə gətirmək fikrindədir. Deyir ki, qoy qızım Qarabağın gələcək müdafiəçilərinin sağlam bədənli böyüməsinə xidmət göstərsin. Karine söz verib ki, Kəlbəcərdə kilsə tikməmiş Ermənistana qayıdan deyil. Bunun üçün pul da toplayır...
Sultan Laçın
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















