Xəbər lenti
Qarabağda müharibə başlasa, Rusiya konkret mövqe seçəcək – Tanınmış ekspertdən PROQNOZ
Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenkon Dağlıq Qağlıq Qarabağ münaqişəsinin həll edilməsinin real perspektivini görmür.
Manevr.az-ın modern.az-a istinadən məlumatına görə, Malaşenko Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Qarabağ problemi ən azı yaxın gələcək üçün əbədi münaqişə hesab oluna bilər.
Politoloq Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən də danışıb. O bildirib ki, görüş baş tutsa belə, bundan heç bir nəticə gözləməyə dəyməz.
“Hazırda hərbi toqquşmalardan qaçmaq imkanları prioritetdir. Amma bunun özü də münaqişənin həlli deyil. Mənim Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan başçısı Serj Sarkisyanın görüşündən nəsə gözləntim yoxdur. Bu, sadəcə çoxsaylı görüşlərdən biri olacaq. Aydındır ki, danışıqlar olacaq, amma, konfliktin həll edilməsi üçün real perspektiv yoxdur”.
Ekspert Rusiyanın Qarabağ cəbhəsindəki hərbi toqquşmaların qarşısının almasında hansı rol oynaması barədə sualı da cavablandırıb. O bildirib ki, Rusiya münaqişənin hərbi yolla həllində maraqlı deyil.
“Silahlı münaqişə başlayarsa, Rusiya hansısa bir mövqe seçməyə məcbur olacaq. Söhbət hakim rolundan çıxış etməkdən getmir. Rusiya sülh prosesini dəstəkləyir və bu mövqe onu tamamilə qane edir”-deyə Malaşenko əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar