Xəbər lenti
Zakir Həsənovdan ermənilərə sərt mesaj :"İskəndər"ləri vura bilərik
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar heç bir nəticə vermir"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar heç bir nəticə vermir, döyüş zonasında gərginlik artır.
Manevr.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov deyib.
O bildirib: “Son illərdə döyüş zonasında, erməni qoşunlarının Azərbaycan qoşunlarının qarşısında yerləşdiyi mövqelərdə gərginlik artan xətt üzrə davam edir. Bunun bir səbəbi var: Azərbaycan torpaqlarının işğalı. Qalanları bunun nəticəsidir. İşğal olunan ərazilər azad edilmir, danışıqlar heç bir nəticə vermir”.
Nazirin sözlərinə görə, Dağlıq Qarabağda qarşıdurma xəttində vəziyyət qəlizləşir və bu bəzən lokal döyüşlərə çevrilir. “Bu, normal haldır. İki düşmən ordu üz-üzə durduğu müddətdə bu baş verəcək. Amma zərbə məqsədyönlü şəkildə dinc sakinlərə vurulursa, bu, artıq cinayətdir”.
Zakir Həsənov Ermənistanda yerləşdirilən “İsgəndər” komplekslərindən də danışıb. Nazir deyib ki, Azərbaycan Silahlı Qüvvələri həmin raketləri vura biləcək silahlara malikdir. “Mən müdafiə naziri olaraq bəyan edirəm ki, biz bu raketləri vura bilərik. Bizdə bu raketlərin sayı 50 dəfə çoxdur. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Əgər onlar o silahı tətbiq etsələr, təsəvvür edin, infrastruktur və hərbi obyektlərə cavab atəşi necə olacaq?!”
Onun sözlərinə görə, dünyada qoşunların yeridilməsinin bir neçə taktikası mövcuddur:
""İsgəndər" yaxşı raketdir. Lakin bir neçə məsələ var: Birincisi, "İsgəndər"in bir çox növü var. İkincisi, həmin "İsgəndər" hansı vəziyyətdədir? Üçüncüsü, bu "İsgəndər"i kim idarə edir? Dördüncüsü, onu tətbiq etməyi bacaracaqlarmı? Biz hərbçi kimi, hər zaman ən pis varianta baxırıq, buna hazırıq. Sizə yuxarıda bəhs etdiyim raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə geri qalmır. Sizə deyə bilərəm ki, vəziyyəti modelləşdirib döyüş atışları həyata keçirmişik. Nəticə əladır! Bu gün biz əminik ki, yaşayış məntəqələrimizi və Silahlı Qüvvələrimizi müdafiə edə biləcəyik".
Müdafiə naziri Rusiya silahlarının tədarükündən də danışıb. Nazir deyib ki, Rusiyadan tankların, “Smerç” reaktiv yaylım atəşi sistemlərinin və “Msta-S” qurğularının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib, Bakı ödənişləri yerinə yetirib və silahlar uğurla tətbiq edilir: "Hazırda Rusiyadan əlavə silah tədarükü imkanlarına baxılır".
Qeyd edək ki, Rusiyadan yeni silahların Azərbaycana iyun ayında çatdırıldığı məlumat verilmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar