Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağı Azərbaycana qaytaracaq baş nazir

Tarix: 13-07-2017 18:24     Baxış: 4453 A- / A+
Qarabağı Azərbaycana qaytaracaq baş nazir
-


Ermənistanda Rusiyanı tam qane edən siyasətçi


Ermənistan parlamentində müxalifətçi "Çıxış" blokunun təmsilçisi Sasun Mikaelyan 2018-ci ildə baş nazir vəzifəsinə indiki prezident Serj Sarkisyanı seçməyi təklif edib.

Müxalifətçi deputat parlamentdə dünən etdiyi çıxışında bununla da məsuliyyətini bütünlüklə Serj Sarkisyanın boynuna qoyulmasının vacibliyini vurğulayıb. Sasun Mikaelyan üstüörtülü danışıb və bu məsuliyyətin nə olduğunu açıqlamayıb:
"Əgər biz iki ildə bir baş nazirləri dəyişəsi olsaq, onların heç biri nə xalq, nə də dövlət qarşısında məsuliyyəti öz üzərinə götürməyəcək".

Erməni jurnalist Sarqis Arsruni "1in.am" portalına müsahibəsində həmin məsuliyyətin Qarabağla bağlı olduğunu bildirib. Arsruni düşünür ki, Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq ictimaiyyət tərəfindən xalqların öz müqəddəratını etməsi hüququnun bir mənalı qarşılanmamasının, yəni qəbul edilməməsinin günahı Sarkisyandadır.

Onun fikrincə, Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Qarabağı öz mülkiyyətləri sayırlar. Onun fikrincə, 1998-ci ildə Robert Koçaryan hərbi çevrilişlə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində Qarabağla bağlı bütün səlahiyyətlər bu iki şəxsə keçib. Sarqis Arsruni düşünür ki, Serj Sarkisyan öz vəzifəsi üçün və Rusiyanın istəyi ilə Qarabağı Azərbaycana qaytara bilər.
Bu/ variant rusiyalı jurnalist Mixail Belyayevin iyulun 4-də Ermənistan ordusu tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə edilmiş minaatan hücumu nəticəsində iki yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın həlak olması ilə bağlı bu yaxınlarda yazdığı məqalədə bildirilir. Mixail Belyayevin fikrincə, Azərbaycan Qarabağı öz nəzarətinə götürsə, bu, Rusiyanı qane edəcək:

"Azərbaycan ordusu yeni mövqelər ələ keçirəcək ki, mövqeləri möhkəmlənsin və danışıqlarda Ermənistan üçün yeganə çıxış yolu substantiv danışıqlara başlamaq olsun. Hadisələrin bu cür inkişafı nəticəsində İrəvanın danışıqlarda mövqeyi zəifləyəcək ki, bu da müəyyən dərəcədə Rusiyanın regional maraqlarına uyğun olacaq".

Müəllif fikirlərini Ermənistanın maksimalist mövqeyi ilə izah edir:

"Rusiyanın regiondakı sülh məramı Ermənistanın maksimalist mövqeyi üzündən dalana dirənib. Ermənistan Bakının Dağlıq Qarabağın müstəqilliyini tanımasını şərt qoyaraq bir qarış belə torpaq azad etmək istəmir ki, bu da tamamilə qeyri-real ssenaridir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar