Onun sözlərinə görə, 224 kilometrlik dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm bir hissəsidir:
“Bununla Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə yanaşı, Pekindən Londona qədərki şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək. Bu xətt həm Türkiyənin logistika imkanlarını artıracaq, həm də Asiyaya qədər uzanan ticarət yollarında təhlükəsizlik baxımından ölkənin geostrateji mövqeyini möhkəmləndirəcək”.
Uraloğlu qeyd edib ki, bu xətt Türkiyə ilə Azərbaycan arasında yeni fasiləsiz dəmir yolu əlaqəsini də təmin edəcək:
“Bu xətt Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin əsas komponentidir. Eyni zamanda, Şərqi və Cənub-Şərqi Anadolunun istehsal potensialı daha tez xarici bazarlara çıxacaq, Aralıq dənizinin turizm potensialı artacaq.
Bundan başqa, Transxəzər və Şimal-Cənub dəhlizlərinin gücləndirilməsi ilə bu xətt Türkiyənin Avrasiyadakı regional təchizat mərkəzləri və plastifikasiya şəbəkəsini gücləndirəcək. Bu, Cənubi Qafqazda iqtisadi əməkdaşlığı da töhfə verəcək”.publika.az