Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ordusu hazır vəziyyətə gətirildi - Cavab zərbələri üçün...

Tarix: 07-07-2017 17:34     Baxış: 41 496 A- / A+
Azərbaycan Ordusu hazır vəziyyətə gətirildi


Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə Müdafiə Nazirliyi az öncə məlumat yayıb. Bildirilib ki, Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib. Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Manevr.az bildirir ki, cəbhədə baş verənlərlə bağlı metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi ki, cəbhə bölgəsində yaşananlar ara-sıra olan gərginliklərdən biridir:

“Birincisi, Alxanlıda yaşanan faciə ilə bağlıdır. Əlbəttə, Azərbaycan Silahlı Qüvvələri müəyyən tədbirlər görərək, adekvat cavablar verirlər. Bu məsələ artıq cəmiyyəti narahat edir. Azərbaycan Respublikasının Prezidenti – Ali Baş Komandan demişdi ki, aprel hadisələri hər an təkrarlana bilər. İndi düşmən tərəf müəyyən tədbirlər görür. Buna qarşılıq Azərbaycan Silahlı Qüvvələri də tədbirlərə əl atırlar. Azərbaycan Silahlı Qüvvələri təmas xəttində olan hərbi hissələri öz vəzifə borclarını həyata keçirməyə hazırdır. İstər o tərəfə cavab verməyə, istərsə də Ali Baş Komandanın əmrini yerinə yetirməyə.

Məqsədləri Azərbaycanı atəşkəsi pozan tərəf kimi qələmə verməkdir

Yaxın günlərdə Ermənistan və Azərbaycan narici işlər nazirlərinin görüşü olmalı idi. Onlar bilirdilər ki, dinc sakinlərin öldürülməsi, eləcə də Alxanlıda olan hadisə ilə bağlı Azərbaycan tərəfi hansısa adekvat addım atacaq. Görüş ərəfəsində süni gərginliyin yaradılması danışıqların perspektivini şübhə altında saxlamaqdır. Məqsəd danışıqlar zamanı Azərbaycanı atəşkəsi pozan tərəf kimi qələmə verməkdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar