Xəbər lenti
“Aprel müharibəsi”nin daha bir SİRRİ: Azərbaycan Ordusu İrəvanın gizli planını necə alt-üst etdi?
Ötən il Azərbaycan Ordusunun işğal altındakı ərazilərin bir qismini azad etməsi ilə nəticələnən “aprel müharibəsi”nin yeni sirri ortaya çıxıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası “aprel müharibəsi”ndə hücumun İrəvan tərəfindən edildiyini dolayısı ilə təsdiqləyib. Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun mövqelərinə hücum edərək, qurduğu siyasi planı həyata keçirmək istəyirmiş. Lakin Azərbaycan Ordusunun cavabı bu planları alt-üst edib.
Erməni jurnalist Naira Ayrumyanın “lragir” saytında yayımlanan məqaləsində “Aprel müharibəsi nəyi etməyə icazə vermədi” başlıqlı məqaləsində yazır ki, işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış qondarma DQR-də “prezidentliyin” gücləndirilməsi planı olub. Yəni, İrəvan rejimi separatçıların “prezidenti” Bako Saakyanın səlahiyyətlərini gücləndirmək istəyirmiş. Lakin bəzi siyasi partiyalar və klanlar qondarma rejimdə “parlament üsul-idarəsi”nə keçidi dəstəkləyirmiş. Belə ki, 2015-ci ilin dekabrında Ermənistanda keçirilən referendumla ölkənin parlament üsul-idarəsinə keçidi üçün əsas yarandı. Bu ilin 2 aprelində keçirilən parlament seçkilərindən sonra Ermənistan "de-yure" olaraq parlament respublikası sisteminə keçdi. Sadəcə olaraq, bu sistemə gələn il, hazırki prezident Serj Sarkisyanın səlahiyyətini başa vurandan sonra keçiriləcək.
2015-ci ildə Ermənistandakı siyasi partiyaların hamısı yekdilliklə qondarma DQR-in də “parlament sisteminə” keçidi təklifini irəli sürdü. Hesab olunurdu ki, bu sistemlə qondarma rejimin inkişafı təmin olunacaq. Lakin Sarkisyan hakimiyyəti buna qarşı olub və “DQR”-də “prezidentin” vacibliyini sübut etmək üçün “Azərbaycan təhlükəsi” oyununa əl atıb. Bu oyuna görə, erməni hərbi birləşmələri hücuma keçəcək, Azərbaycan qarşılıq verəcək və “parlament sistemini” təklif edənlərə göstəriləcəkdi ki, “Azərbaycan ciddi təhlükəlidir, bunun üçün güclü prezident idarəçiliyi lazımdır”. Hesab olunur ki, döyüşlərin olması planın həyata keçirilməsi üçün lazım olan arqumentləri gücləndirib. Lakin Azərbaycan Ordusunun əks-hücuma keçərək, işğal altındakı torpaqların bir qismini azad etməsi Ermənistan rəhbərliyinin Qarabağda həyata keçirmək istədiyi planı ləngidib və ciddi zədələrə yol açıb.
N.Ayrumyan da yazır ki, “Aprel müharibəsi” “parlament sistemi”ndən imtina ilə nəticələndi və “güclü prezident” varantı önə çıxdı.
“Lakin görünür, bu bir qədər gecikdi. İndi 19-29 iyulda Qarabağda “prezident” seçiləcək və əsas namizəd yekdilliklə Bako Saakyandır”, - deyə o qeyd edir.
Erməni jurnalist onu da əlavə edir ki, “aprel müharibəsi” Ermənistan cəmiyyətində hələ də müəmmalı olaraq qalır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar