Xəbər lenti
Ermənilər kütləvi şəkildə Qarabağı tərk edir – İŞĞALA ETİRAZ
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində yalnız yaşlı insanlar yaşayır. Gənclər Qarabağ müharibəsində xaraba qalmış bu əraziləri tərk ediblər.
Manevr.az xəbər verir ki, bu barədə “kavkazplus” saytı yazıb.
Sayt qeyd edir ki, vaxtilə bu ərazilərdə əhali sıx şəkildə yaşayırdı: “İndi isə heç bir yerdən uşaq səsi eşidilmir, yalnız qocalar qalıblar. Erməni gənclər, həmçinin orta nəslin nümayəndələri işğal edilmiş Qarabağda və digər ərazilərdə yaşamaqdan imtina edirlər. Vaxtilə burada yaşayanlar da İrəvana köçür, yaxud xarici ölkələrə gedirlər. Heç bir infrastuktur yoxdur, yollar dəhşətli vəziyyətdədir, nəqliyyat işləmir. Yalnız pensionerlər ölməməyə bəs edəcək qədər olan pensiya alırlar və həyatyanı sahələrdə işləyirlər”.
Sayt qeyd edir ki, rejimin təbliğatına baxmayaraq, insanlar anlayır ki, heç bir işğal sonsuza qədər davam etməyəcək.
“İnsanların bölgəni tərk etməsinin səbəbi təkcə cəbhədəki döyüşlərdən bezmələri və ağır sosial həyat yox, həm də bu ərazilərin beynəlxalq hüquq tərəfindən Azərbaycana məxsus olduğunun tanınmasıdır. Hakimiyyət güclü təbliğat kampaniyası aparır, lakin sadə ermənilər anlayır ki, işğal davam etməyəcək və ərazilər geri qaytarılacaq”,- deyə məqalədə vurğulanır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar