Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda çox böyük qorxu

Tarix: 30-06-2017 07:45     Baxış: 3449 A- / A+
Ermənistanda çox böyük qorxu


Hakim partiya Sarkisyan barədə ən böyük sirri açmır

Ermənistan müxalifəti 2018-ci ilin aprel ayından sonra Serj Sarkisyanın baş nazir kimi hakimiyyətdə qalması ilə razılaşmaq istəmir və inqilab edəcəyini deyir.


Ermənistanda çox böyük qorxu

Manevr.azistipress-ə istinadən bildirir ki, hakim dairələr də bu vəziyyəti nəzərə alıb və ədliyyə naziri David Arutunyan çərşənbə günü jurnalistlərlə söhbətində bu məsələni şərh edib.

Arutunyan müxalifətin narıncı, yəni dinc inqilab etmək istəyini anlayışla qarşıladıqlarını söyləyib: "İstənilən zorakı inqilab müvafiq cavab doğurur, çünki açıq cinayət pozuntusundan söhbət gedir".

Ədliyyə naziri 2018-ci ildə baş verənlər barədə indidən danışmağın tez olduğunu da vurğulayıb: "Partiyanın bu barədə öz proqramı var, periodik olaraq bunu müzakirə edirik, ancaq bu barədə indidən açıq danışmaq məqsədə uyğun deyil".

Ermənistanın müstəqillik tarixinə nəzər saldıqda erməni nazirin hər iki ifadəsinin yalan olduğunu görmək olar. Məsələ bundadır ki, erməni xalqı nə zorakı, nə də narıncı inqilabla hikimiyyəti dəyişdirmək iqtidarında deyil. Çünki 20 il qabaq hakimiyyəti hərbi çevrilişlə ələ keçirmiş Qarabağ klanı demokratiyanın hakimiyyət dəyişikliyinə gətirə biləcək istənilən təzahürünü bələkdə boğur.

Məsələn, 1999-cu ildə Ermənistan parlamentinin sədri seçilmiş Karen Demirçyanın ölkənin başına gələcəyi və Azərbaycanla sülh müqaviləsi imzalayacağı gözlənilirdi. Lakin bu baş vermədi və 27 oktyabrda parlamentə hücum edən terrorçu qruplaşması Demirçyanı və daha 7 nəfər siyasətçini öldürdü. Sonradan məlum oldu ki, terror qruplahmasının başçısı Nairi Hunanyan o vaxtkı Ermənistan prezidenti Robert Koçaryana bağlı adam olu

Ermənistanda çox böyük qorxu


Qarabağ klanı hakimiyyəti dinc yolla dəyşimək istəyən sadə seçicilərin də qanını tökməkdən çəkinməyib. Məsələn, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən mitinq iştirakçıları güllə-boran edilmişdi və 8 nəfər həlak olmuşdu. Həmin qırğın isə özünü prezident seçdirmiş o vaxtkı baş nazir Serj Sarkisyanın ayağına yazıldı.

Erməni şərhçilərinin yazdığına görə, nə Serj Sarkisyan, nə də Robert Koçaryan bu qırğınları öz başına gerçəkləşdirməyib. Böyük ehtimalla əmr Moskvadan gəlib. Ermənistanın “Armenianreport” portalının yazdığına görə, erməni liderləri bu cür kəskin addımları atmağa vadar edən əsas səbəb Moskvadan gələn qorxudur:

“Bu qorxu başqa qorxudur. Ölkə prezidenti də daxil olmaqla bizim hakimiyyət fiziki məhvdən qorxur. Onlar qorxur ki, Kreml onlar üçün ölüm hökmü kəsə bilər”.

Bu o deməkdir ki, Ermənistanda nə baş verəcəyinə nə erməni xalqı, nə də hakim partiya qərar verməyəcək. Hər şey Moskvanın dediyi kimi olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar