Xəbər lenti
Rusiya Azərbaycanı öldürücü silahla silahlandırdı: Qarabağda TƏŞVİŞ
“Rusiya Azərbaycanla əvvəlcədən imzalanmış memarunduma uyğun olaraq növbəti silah partiyasını ölkəmizə təhvil verdi. Göndərilən silahlar hücum və öldürücü olmaqla yanaşı, yüksək dəqiqəliyə malik silahlardır. Bu silahlar dağlıq ərazilərdə, hava şəraitindən asılı olmayaraq, düşmənin bütün hərəkət trayektoriyası üzrə öldürcü zərbə vurmağa qadirdir”.
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədulazadə deyib. Onun fikrincə, rəsmi Kreml Ümumrusiya Azərbaycan Konqresinin ləğvi fonunda yaranmış narazılığı qapatmaq və Azərbaycanla əlaqələri möhkəmləndirməsi istiqamətində hərbi texnikaları ölkəmizə göndərdi: “Düzdür, Rusiya bu silahları milyard dollarla satır, amma müasir və öldürücü silah sistemlərini satmırdı. Rusiya bu kimi silahları ölkəmizə satmaqla, İsrailin ölkəmizə satdığı silahlara alternativ yaratmaq istəyir. Çalışır ki, rəsmi Bakı İsraildən deyil, artıq Moskvadan bu silah növlərindən alsın. Bununla da İsrailin bazarına müdaxilə etməyə çalışır”. Politoloq qeyd edib ki, Rusiya satalleti olan Ermənistana pulsuz belə bir müasir silahları verməsi real görünmür: “Amma erməni ictimaiyyətində anti-Rusiya isterikasının qarşısın almaq üçün Ermənistana da silah partiyaları göndərəcək. Göndərilən silahlar içərisində Azərbaycana verilən silahlardan deyil, əsasən Rusiya Silahlı Qüvvələrinin balansında olan işlənmiş silah sistemləri olacaq.Azərbaycan silahlanmaqla düşməni psixoloji cəhətdən məğlub edir və işğal olunmuş ərazilərdə olan işğalçı qüvvələr arasında panika yaradır. Göründüyü kimi, Azərbaycan Ermənistanın öz strateji müttəfiqinin silahları ilə bu ölkənin işğalçı qüvvələrini hədəfə alacaq”. (Cebhe.info)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar