Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana qarşı savaşmaq üçün Qarabağa gətirilən əfqanlardan GÖZLƏNİLMƏZ ADDIM

Tarix: 23-06-2017 21:12     Baxış: 5622 A- / A+
Azərbaycana qarşı savaşmaq üçün Qarabağa gətirilən əfqanlardan


Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 8 min muzdlu əfqan döyüşçü İslam dinindən imtina edib.

Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.


Onun sözlərinə görə, əfqan döyüşçülərin dinlərini dəyişdirməsinə çoxları inanmır: "Biz bunu deyəndə çoxları bildirdi ki, bu, mümkün deyil, əfqanlar dindardırlar və dinlərini dəyişdirməzlər. Lakin faktlar göstərir ki, biz haqlıyıq".

G.Gülbey nümunə kimi Danimarkaya köçən miqrantların dinlərini dəyişdirməsini göstərib.

"Danimarkada dinlərini dəyişdirərək, yaşamaq icazəsi alan miqrantların 37 faizi əfqan, 42 faizi isə İrandan gələnlərdir. Bu fakt göstərir ki, "əfqanlar dinlərini dəyişdirməz" yanaşması doğru deyil", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində posta çıxarmağa əsgər tapa bilməyən Ermənistan 8 min əfqan döyüşçünü 5 illik müqavilə ilə bölgəyə gətirib. Hər bir döyüşçü Azərbaycana qarşı döyüşdüyü 5 il ərzində ümumi olaraq 3 min dollar maaş alacaq, daha sonra bu döyüşçülərə Ermənistan vətəndaşlığı veriləcək, Avropaya getmək istəyənlərə isə viza almaqda köməklik göstəriləcək.

Manevr.az xəbər verir ki, publika.az-ın araşdırmasına görə, Qarabağa gətirilən əfqan döyüşçülər şiə məzhəbinin mənsublarıdır və İran üzərindən Ermənistana gedirlər. Əvvəlcə Ermənistanda yaradılan düşərgədə təlim keçir, daha sonra Azərbaycana qarşı döyüşmək üçün Qarabağa göndərilirlər. Onlar arasında bir neçə əsr öncə Azərbaycandan Əfqanıstana köçmüş və bu ölkədə kompakt şəkildə yaşayan qızılbaşların olması ehtimalı da var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar