Xəbər lenti
Ermənilər Azərbaycan torpağında Əfqanıstan yaratdı
"Baş prokuror da narkotik və pornofilm ticarəti ilə məşğuldur"
"Ermənilər Dağlıq Qarabağda ikinci Əfqanıstan yaradıblar". Manevr.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu əsilsiz erməni iddiaları ilə beynəlxlaq mübarizə dərnəyinin (ASİMDER) direktoru Göksel Gülbey deyib.
Onun sözlərinə görə, Ermənistan işğal etdiyi Azərbaycan topraqlarını terror təşkilatlarının yuvasından sonra, indi də narkotik əkib, satmaqla plantasiyasına çevirib.
O, ölkə rəhbərliyinin batan iqtisadiyyatını narkotik bitkilər əkərək, ticarətini təşkil etdiyi və terrorçulardan gələn qazanclarla dirçəltmək istəyirlər. Bununla da ermənilər Qarabağı nəinki region, eləcə də bütün dünya üçün gerçək təhlükə bölgəsinə çeviriblər.
“Bu gün nəzarətsiz qalan Qarabağda terrorçuların düşərgələri, təlim mərkəzləri, ticarət yuvalarına dönüb. Qarabağdan bütün dünyaya ağ ölüm təhlükəsinin yayılması danılmaz faktdır. Ermənistanın dünyaya ağ ölüm ixrac etməsini yaxın zamanda bütün dünya da qəbul edəcək.
Azərbaycan, Türkiyə və İran kəşfiyyatının apardığı araşdırmalar da göstərir ki, narkotik işi ilə məşğul olan terrorçu və tacirlərin bu gün istifadə etdikləri ən etibarlı yolları Ermənistandan keçməklə, Dağlıq Qarabağdır."
Onun sözlərinə görə, narkotik ticarəsindən əldə edilən gəlirin bir hissəsi eks prezident Robert Koçaryanın cibinə gedir. ASİMDER rəhbəri deyir ki, Amerikalı diplomatlar da Qarabağdakı narkotik tarlalarının başında kimin olduğunu açıqlayıblar.
"Yayılan məlumatlara görə, Ermənistanın rəsmi şəxsləri də daxil olmaqla, prezident Serj Sarkisyanın qardaşının rəhbərliyi altında Qarabağ və İrandan gətirilən narkotik maddələr Rusiya bazarı, oradan isə Avropaya çıxarılır. "Armenia Today" adlı portal da bir müddət öncə hazırladığı hesabatında qeyd edib ki, ölkə iqtisadiyyatının pis vəziyyətdə olması ilə əlaqədar olaraq narkotik və insan alveri genişlənib. Hətta bu işlər dövlət səviyyəsində gerçəkləşdirilir.
Yazılanlar göstərir ki, ölkədə hətta baş prokuror da narkotik və pornofilm ticarəti ilə məşğuldur".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar