Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

POLKOVNİK: "Ordumuz düşmənə sarsıdıcı zərbə endirib"

Tarix: 20-06-2017 17:10     Baxış: 5421 A- / A+
POLKOVNİK: "Ordumuz düşmənə sarsıdıcı zərbə endirib"


“Son günlər cəbhə xəttində baş verən məlum olaylar Ermənistanda çox böyük ruh düşkünlüyü və əsəbi atmosfer yaradıb”.

Manevr.az bu barədə Metbuat.az-a açıqlamasında ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, belə bir vəziyyət Ermənistanda 2017-ci ilin əvvəlində də yaşanmışdı:

“Son günlər erməni mətbuatında heç vaxt müşahidə etmədiyim bir tendensiyanın şahidi oluram. Yazılıb ki, heç bir məqsəd və məramı bilinməyən müharibədə erməni övladlarının həyatlarını itirməsi erməni cəmiyyətini narahat edir. Artıq Ermənistanda partiyalardan biri də rəsmilərə müracitə edərək bildirib ki, münaqişəyə son qoymalıdırlar. Azərbaycanın əraziləri özlərinə qaytarılmalıdr. Ermənistan ictimai həyatında ilk dəfə idi ki, belə açıq fikirlər səsləndirilirdi. Ermənilər çox narahatdır. Düşmənin hərəkətlərindən hiss olunur ki, onlar çaşqın və əsəbi durumdadırlar. Onlar ötən gün hələk olan əsgərlərindən yalnız birinin dəfnini təntənəli təşkil etdilər. Lakin orada Ermənistanın siyasi və hərbi hərbərliyindən bir nəfər də olsun yox idi. Çünki onlar qorxdurdular. Bu gün Ermənistanın hazırki rəhbərliyinə çox böyük nifrət var.

Onların ağır yaralıları var

Ermənilər Azərbaycan əsgərinin onlara son dəfə vurduğu ağır zərbəninin təsirindən hələ də ayılmayıblar. Azərbaycanda keçirilən təlimlər Ermənistanda böyük narahatlıq doğurur. Təsəvvür edin ki, onlar Azərbaycanın Ermənistanla yanaşı İrana qarşı da hazırlıqlar gördüyü barədə yalan məlumatlar səsələndirir. Hətta ötən gün erməni politoloqlardan biri qeyd etdi ki, Azərbaycan Naxçıvanın Ermənistanla sərhəd ərazisindən Dərələyəzə girməyə hazırlaşır. Azərbaycan bu günə qədər işğal olunmuş ərazilərinin işğaldan azad olunması məsələsini düşünüb. Onlar Azərbaycanı olmayan məsələdə günahlandırmağa cəhd edir. Bu dəfə Azərbaycan Ermənistana çox ağır zərbə vurdu. Onların ağır yaralıları var. Bunların hamısı Ermənistanın hazırki ağılsız siyasi rəhbərliyinin günahıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar