Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sərhəddə erməni təxribatının qarşısı alındı

Tarix: 20-06-2017 12:29     Baxış: 1430 A- / A+
Sərhəddə erməni təxribatının qarşısı alındı

Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Füzuli rayonu ərazisində İran İslam Respublikası ilə sərhəddə ermənilərin növbəti təxribatının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 18 iyun 2017-ci il tarixdə saat 09:50 radələrində Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Əhmədalılar sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirən sərhəd naryadı tərəfindən Araz çayının sahil xəttinə baxış keçirilərkən ağac kötüyünə bağlanmış və sərt maneə ilə toqquşduqda partlamaya hazır vəziyyətdə olan RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanının mərmisi aşkar edilib.

Dərhal zəruri tədbirlər görülüb, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb. Sərhədçilər tərəfindən qumbara mərmisinin vaxtında aşkar edilməsi sayəsində Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağına qarşı yönəlmiş düşmən təxribatının qarşısını almaq mümkün olub.

Qumbara mərmisinin aşkar olunduğu ərazi nəzarətə götürülüb, zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra Dövlət Sərhəd Xidmətinin istehkamçı mütəxəssisləri tərəfindən zərərəsizləşdirilib.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar