Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

CƏBHƏDƏ SON VƏZİYYƏT: Polkovnik az öncə açıqladı... - "Bizim əsgərlərimiz..."

Tarix: 16-06-2017 11:30     Baxış: 4426 A- / A+
CƏBHƏDƏ SON VƏZİYYƏT: Polkovnik az öncə açıqladı... -


Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Əsgərimiz şəhid oldu - Vətən sağ olsun!

Manevr.az xəbər verir ki, cəbhədə baş verən hadisələrlə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovbildirib ki, hansısa bir qorxulu vəziyyət yoxdur:

“Cəbhədə hansısa bir dramatik vəziyyət yoxdur. Azərbaycan əsgərləri cəbhənin müxtəlif istiqamətlərində düşmənin gündəlik təxribatlarının qarşısını alır. Onların növbəti təxribatları nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub. İndi hamı düşünür ki, cəbhədə nə baş verir? Bizim əsgərlərimiz öz mövqelərində dayanıblar. Sadəcə olaraq, əsgərlərimiz bir qədər diqqətli olmalıdır. Çünki ən xırda bir ehtiyyatsızlıq onların həyatı üçün təhlükə yarada bilər. Düşmən yatmayıb. Onlar ən xırda məqamlardan istifadə edib, ordumuza zərbə vurmaq istəyir.

Naxçıvanda baş verən təlimlərin də baş vermiş hadislərlə hər hansı bir əlaqəsi yoxdur.

Orada plan üzrə Azərbaycan Silahlı Qüvvələri təlimlər keçirir. Bu təlimləri də Müdafiə Nazirliyii, o cümlədən Naxçıvan Ali Məclisi izləyirlər. Türkiyə Silahlı Qüvvələri ilə birlikdə taktiki təlimlər yüksək səviyyədə keçirilir. Bildiyiniz kimi, bu təlimlər Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin 3-cü təlimidir. İki təlim daha öncə Türkiyə ərazisində keçirilmişdi. İndi isə burada keçirilir. Bundan sonra da bu təlimlərin davamı gələcək. Müdafiə naziri dünən çıxışı zamanı xəbərdarlıq etdi ki, Naxçıvanın müdafisəində ən peşəkar ordu dayanıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrində olan silahların ən güclü və müasirləri həmin ərazinin müdafiəsinə verilib. Buna görə də, düşmən narahatdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar