Xəbər lenti
Amerikadan gözlənilməz Qarabağ etirafı
“Konqressdəki qarşıdurma Ermənistanın maraqlarına xidmət edir”
Amerikanın İranla bağlı siyasətinin qeyri-müəyyənliyi Vaşinqtonla Bakı arasında yaxınlaşma presperktivlərinə imkan vermir.
İstiPress-in məlumatına görə, bu barədə “The Washington Times” qəzetində dərс olunmuş “Ermənistan Vaşinqtonda Rusiyanın maraqlarını lobbiləşdirir” başlıqlı məqalədə bildirilir. Məqalədə bu fikir tanınmış erməni politoloq, “The National Interest” və “Rossiya v qlobalnoy politike” jurnallarının köşə yazarı Areq Qalstyanın sözləri əsasında vurğulanır:
“Demokratlar partiyasının liderləri bağlanmış sazişin ləğvinin qarşısının alınması və Tehran əleyhinə yeni sazişlər zərfinin qəbul edilməsinə mane olmaq üçün bütün resurslarını işə salıblar. Konqressdə İran məsələsi ilə bağlı yaranmış bu qarşıdurma Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına xidmət edir”,- deyə Areq Qalstyan bildirib.
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Məqalədə fikirləri dərc edilmiş rusiyalı ekspert, Rusiya Dövlət Dumasının müdafiə komitəsinin keçmiş sədr müavini Aleksey Arbatov ABŞ-da Ermənistanla bağlı yanlış ictimai fikrin formalaşdırıldığını vurğulayır:
“Vaşinqtonda ictimai fikrin daşıyıcıları, belə görünür ki, Ermənistan Respublikasının satellit-dövlət statusunu, onun Yaxın Şərqdə Rusiyanın geosiyasi və geostrateji maraqlarını təmsiçisi rolunu qulaq ardına vururlar”, – deyə məqalədə bildirilir.
Məqalə müəllifi Aleksandr Murinson bildirir ki, Ermənistan Rusiyanın Qarabağ məsələsində ona verdiyi dəstəyin əvəzində ABŞ-da Rusiyaın maraqlarını lobbiləşdirir.
“Postsovet məkanında Rusiyanın satelliti olan Ermənistanın Birləşmiş Ştatlarda böyük etnik lobbisi var. Amerikadakı erməni lobbisi bir vaxtlar iki məsələ ilə məşğul idi – soyqırım və Dağlıq qarabağ məsələləri ilə, indi isə onlar Rusiyanın təsirinin səssiz təbliğatçılarına çevriliblər”,- deyə müəllif vurğulayır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar