Xəbər lenti
“Qarabağ indi partlayacaq” – Rusiyadan dəhşətli MÜHARİBƏ XƏBƏRDARLIĞI
“Mən çoxdan danışıram ki, Qarabağın üzərində buludlar qatılaşır və müharibə qaçılmazdır”.
Manevr.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Beynəlxalq Böhran Qrupunun Qarabağda müharibənin başlayacağı haqda hesabatını şərh edərkən deyib.
Onun sözlərinə görə, itkilər təkcə təmas xəttində yox, Azərbaycan və Ermənistan sərhədində də olur.
“Danışıqlar prosesində hər-hansı irəliləyiş yoxdur, tərəflər faktiki olaraq müharibə hazırlığındadır. Məsələ ondadır ki, Qarabağ münaqişəsi sanki “yetim müharibə”dir. Heç kəs bu haqda düşünmür, heç kəs onunla məşğul olmur. Rusiyada mənə deyirlər ki, Ukraynada müharibə başlayır, mən deyirəm ki, “Qarabağ indi partlayacaq”. Müharibə Rusiyaya sərf etməsə də, bu, mütləq baş verəcək”, -deyə o bildirib.
P.Felqenqauer Rusiyanın çıxılmaz vəziyyətdə qalacağını deyib: “Ermənistan Rusiyanın müttəfiqidir, lakin Moskva Azərbaycana da xüsusi önəm verir. Buna görə də Moskva Qarabağa görə Azərbaycanla qarşıdurmaya getməyəcək. Buna görə də Ermənistana dəstək verməyə bilər. Rusiya tərəflərə atəşi dayandırmaq haqda müraciət edəcək, lakin görünən budur ki, tərəflər buna qulaq asmaya bilər. Bu isə daha böyük yanğına səbəb olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar