Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Təcili! Prezident Zakir Həsənovu cəbhə bölgəsinə göndərdi - FOTOLAR

Tarix: 03-06-2017 19:15     Baxış: 5408 A- / A+
Təcili! Prezident Zakir Həsənovu cəbhə bölgəsinə göndərdi


Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Manevr.az sonxeber.az-a istinadən bildirir ki, barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin aprel ayında Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.

Ön xətdə düşmənlə üzbəüz səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub.

Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışından sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olublar.

Şəxsi heyətlə keçirilən görüşdən sonra birgə nahar təşkil olunub.
Təcili! Prezident Zakir Həsənovu cəbhə bölgəsinə göndərdi
Təcili! Prezident Zakir Həsənovu cəbhə bölgəsinə göndərdi
Təcili! Prezident Zakir Həsənovu cəbhə bölgəsinə göndərdi
Təcili! Prezident Zakir Həsənovu cəbhə bölgəsinə göndərdi
Təcili! Prezident Zakir Həsənovu cəbhə bölgəsinə göndərdi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar