Xəbər lenti
Daha bir erməni hərbçisi özünü asdı

Ermənistan ordusundə əsgər ölümləri davam edir.
Manevr.az xəbər verir ki, iyun ayının 1-də Ermənistanda N saylı hərbi hissədə hərbçinin asılmış meyiti tapılıb. “NEWS.am” saytının yaydığı məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin anbarında 1981-ci il təvəllüdlü hərbi qulluqçu Melik Xaçatryan asılmış vəziyyətdə tapılıb. Hadisə Ermənista vaxtı ilə saat 15:30-da qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə hərbi prokurorluq, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Araşdırmalar zamanı hadisə yerində məktub da aşkarlanıb.
Hərbçinin meyiti tibbi ekspertizaya göndərilib. Tibbi müayinələrdən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qeyd edək ki, son illər Ermənistan ordusunda tez-tez bədbəxt hadisələr və intiharlar olur. Baş verən hadisələrin çoxunda da erməni hərbçilər həyatlarını itirirlər. Bu səbəbdən də Ermənistanda hərbi xidmətdən yayınma halları çoxalıb.olke.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar