Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı Xankəndiyə addım-addım yaxınlaşır - Dünən Xocalıda nə baş verib?

Tarix: 13-04-2023 09:27     Baxış: 4212 A- / A+

Rusiya Müdafiə Nazirliyi ötən gün Xocalıda atışmanın olduğu haqda məlumat yayıb.

Manevr.az 
xəbər verir ki, atışmalara görə adətən Azərbaycanı günahlandıran Rusiya bu dəfə konkret heç nə qeyd etməyib. Məlumatda, sadəcə Xocalıda atışma ilə bağlı 4 faktın qeyd olunduğu iddia edilir.

Azərbaycan tərəfinin atışma ilə bağlı heç bir rəsmi məlumatı yoxdur. Bu baxımdan, Rusiya Müdafiə Nazirliyinin məlumatının iddiadan başqa bir şey olmadığı da istisna edilməməlidir və aydındır ki, məqsəd Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesinin qarşısını almaqdır. Bu iddia xüsusilə separatçı-rejimin Bakıya görüşmək istəklərini bildirməsi fonunda diqqət çəkir.

Görüş üçün Bakıya gəlməkdən imtina edən separatçılar təmasların Xocalıda keçirilməsini istəyir və bununla reinteqrasiya prosesini pozaraq, özlərini “tərəf” kimi göstərirlər. Onların görüş təklifi də beynəlxalq ictimaiyyətə “təmaslarda maraqlı” olduqlarını nümayiş etdirməkdir. Lakin belə təkliflərə paralel olaraq, “reinteqrasiyanın mümkünsüzlüyünü” sübut etmək məqsədilə Qarabağda qarşıdurmanın yaşanacağı təxribatlara da əl atacaqları da gözlənilir. Bu baxımdan, Xocalıda atışmanın olduğu məlumatları məhz buna hesablanıb.

Lakin xarici aləmə bütün çıxışları bağlanan separatçıların çıxılmaz vəziyyətdə olduqları da məlumdur. Ermənistan mediası onların Bakıya “görüş təklifini” Azərbaycanın tətbiq etdiyi reallıqla barışmaq olduğunu yazır.

“Bakıya görüş təklifi və “humanitar məsələlərin müzakirəsi” istəyi o deməkdir ki, vəziyyət çox çətindir. Halqa o qədər daralıb ki, artıq görüş təşəbbüsünü “arsax” irəli sürür, Bakıdan xahiş edirlər. Baş verənlər göstərir ki, Bakı reinteqrasiya planı üzərindən addım-addım Xankəndiyə yaxınlaşır”, - “Hraparak” qəzeti yazır.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar