Xəbər lenti
Rusiyalı ekspert: “Xankəndini sülhməramlılar qoruyub saxlayıb”
“Çox vaxt Rusiyaya mənfi münasibət bəsləyən müxtəlif qüvvələr, Qərb Rusiyanın Cənubi Qafqazı tərk etməsi ilə bağlı rəvayətləri aktiv şəkildə dövriyyəyə buraxır. NATO-nun keçmiş baş katibi Rassmussen Yaponiya qəzetlərindən birinə yazdığı məqalədə Ermənistanın tək qaldığını, onu müdafiə edəcək kimsənin olmadığını bildirib.Tutaq ki, keçmiş baş katib doğrudan da haqlıdır. Sülh yaradan kim olacaq? Hansı tərəf? Yaxud ermənilərlə azərbaycanlılar arasında hansı millət dayanacaq?”
Manevr.az xəbər verir ki, bunu rusiyalı ekspert, sosioloq, beynəlxalq məsələlər üzrə ekspert Aleksey Tokarev deyib.
Onun sözlərinə görə, ermənilərlə azərbaycanlılar arasında məhz Rusiya sülhməramlıları dayanır. “Rus sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı söhbətləri eşitmək qəribədir. İşləri əla olan Avropa siyasətçilərinin, medianın vəzifəsi Ermənistan sərhədinə çatmaq, keçid məntəqəsinə qaçmaq, “selfie” çəkmək, “Laçın dəhlizinin açın” deyib getməkdir. Bütün Avropa siyasətçilərinin məsuliyyəti ancaq budur”, - deyə Aleksey Tokarev Aİ nümayəndələrinin Ermənistandakı missiyasına da işarə edib.
Onun sözlərinə görə, Rusiyanın məsuliyyəti “selfie” çəkmək deyil:
“Qərb simulyasiyalarda çox yaxşı uğur qazanıb. Ancaq rus sülhməramlıları Xankəndini olduğu kimi qoruyub saxlayırlar. Ora ancaq Rusiya sülhməramlılarının sayəsində faktiki olaraq ermənilərin olaraq qalır.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar