Xəbər lenti
Aprel döyüşləri: Lələ Təpədən başlanan Zəfər yürüşü – Deputat

Aprel döyüşləri düşmən üzərində növbəti tarixi qələbədir. İşğalçı Ermənistan Azərbaycan torpaqlarını zəbt etməklə yanaşı özünün təxribatçı mövqeyindən əl çıkmir, vaxtaşırı olaraq keçmiş təmas xəttində təxribatlar həyata keçirirdi. 2016-cı ilin aprel döyüşləri də məhz Ermənistanın növbəti təxribatına cavab olaraq başlamışdı. Öz ordusu haqqında haqqında müxtəlif miflər uyduran erməni tərəfi döyüş meydanında layiqli cavabını adlı. Bununla da əslində Ermənistana Azərbaycan ərazilərini işğalda saxlamağın bir gün ağır nəticələri ilə üzləşəcəyi mesajı verilmiş oldu.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, tərəfindən sürətli əks-hücum əməliyyatı həyata keçirilərək cavab verilib: “Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə qazanılıb. Şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı “məğlubedilməz erməni ordu” mifini darmadağın etmiş oldu. Bu 44 günlük Vətən Müharibəsində tarixi zəfərin başlanğıcı idi”.

Millət vəkili vurğulayıb ki, Aprel döyüşlərinin nəticəsində Azərbaycan dünyaya əbədi və əzəli torpaqlarını hərb yolu ilə işğaldan azad edə biləcəyini göstərdi: “2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalda saxlanılan torpaqları uğrunda döyüşlərə başladı. Şanlı Ordumuz işğalçı Ermənistan üzərindən tarixi qələbə qazandı. Torpaqlarımız azad edildi. Tarixi ədalət bərpa olundu. 44 gün davam edən Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə daxil oldu. Azərbaycan ona məxsus olan ərazilərin əsl sahibi olduğunu dünyaya bəyan etdi. Bu gün azad edilmiş ərazilərdə aparılan quruculuq-bərpa işləri ölkəmizin sahibi olduğu əraziləri necə bir cənnət-məkan diyara çevirdiyinin əyani təzahürüdür”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar