Xəbər lenti
Laçın-Xankəndi yolunda təxribat baş tutmadı
Manevr.az “report”a istinadla xəbər verir ki, ötən gecə erməni millətindən olan vətəndaşları Xankəndiyə aparan Rusiya sülhməramlı kontingentinin yük maşınları əvvəlcədən razılaşdırılmadan aksiyanın keçirildiyi əraziyə gəlib.
Yük maşınlarında Ermənistandan gələn 27 vətəndaş var idi. Onların arasında təkcə qadınlar, qocalar və uşaqlar deyil, həm də çağırış yaşına çatmış kişilər də olub. Vəziyyətin aydınlaşdırılmasının gecikməsi nəticəsində (bir neçə saat ərzində ekofəalların aksiyası keçirilən yerdə danışıqlar aparılıb) bəzi sərnişinlər özlərini pis hiss ediblər.
Onlara dərhal tibbi yardım göstərilib. Daha sonra onlar Azərbaycanın təcili tibbi yardım avtomobilləri ilə Xankəndidəki xəstəxanaya aparılıb.
Amma əvvəlcədən yazılmış ssenariyə əsasən, iki qadın avtomobildən düşüb və rusiyalı hərbçilərin əhatəsində onlarla “təsadüfən” səyahət edən jurnalistə müsahibələr verməyə başlayıblar.
Lakin bunun hansı məqsədlə həyata keçirildiyi məlumdur: bədbəxt qadın və uşaqları öz evlərinə getməyə və ya qohumlarını ziyarət etməyə buraxmadıqlarına görə Azərbaycan tərəfini hansısa addımlar atmağa təhrik etmək. Bundan başqa, bütün lazımi avadanlıqlarla təchiz olunan jurnalistlər ağlayan uşaqların, fəryad edən qadınların “danışan kadrları”nı çəkiblər...
Bütün bunlara baxmayaraq, onların istəyi baş tutmayıb, Azərbaycan tərəfi təmkinli davranıb və təxribata uymayıb. Lakin bu da erməni tərəfini saxta məlumatlar yaymaqdan çəkindirmir. Məsələn, onlar belə bir xəbər yayıblar ki, guya azərbaycanlıların avtomobillərdən birinə daxil olması ilə bağlı məlumatları var.
Özünü pis hiss edən erməni qadını Xankəndinə çatdıran Azərbaycanın təcili yardım avtomobilləri ilə bağlı görüntülər tamamilə əks-effekt verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar