Xəbər lenti
Xankəndidə şok yaşanır – “Şəhər Azərbaycana təhvil verilir”
Dünən Rusiya sülhməramlılarının erməniləri icazəsiz şəkildə Xankəndiyə keçirməyə çalışmasının qarşısının Azərbaycan hərbçiləri tərəfindən alınması Ermənistanda təşvişi artırıb.
Manevr.az globalinfo.az-a istinadən xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə Ermənistan hakimiyyətinə qarşı etirazlar pik həddə çatıb. Belə ki, ermənilər Azərbaycanın bu addımının Qarabağın reinteqrasiya prosesinin tam aktivləşdiyinə işarə olduğunu bildiriblər. Separatçıların bu prosesdə üzdə razı olmasalar da, arxada Bakı ilə sıx əməkdaşlıq etdikləri də səsləndirilən iddialar arasındadır.
Bununla belə, baş verənlərə görə Moskvanı ittiham edənlərin sayı artıb. Xüsusilə iqtidara yaxın sosial şəbəkə qruplarında məsuliyyət Rusiya sülhməramlılarının üzərinə atılıb.
Ən maraqlı iddianı isə “Hraparak” qəzeti irəli sürüb. Özünün etibarlı mənbələrinə istinad edən qəzet dünənki olayın sülhməramlıların keçirdiyi əməliyyat olduğunu və buna Qarabağın reinteqrasiyası prosesinin tərkib hissəsi kimi baxmaq gərəkdiyini yazıb. Məlumata görə, bu məsələ həmçinin Azərbaycanla da razılaşdırılıb. “Hraparak” guya sülhməramlıların bunun vasitəsilə ermənilərə Azərbaycanla inteqrasiyadan başqa çarənin olmadığını göstərməyə çalışdığını vurğulayıb.
Bununla yanaşı, dünən vəziyyəti pisləşən ermənilərin Xankəndiyə Azərbaycana məxsus təcili tibbi yardım maşını ilə aparılması təəccüb doğurub:
“Xankəndidəki əhali Azərbaycanın təcili tibbi yardım maşınının şəhərdə şütüdüyünü görəndə şok yaşayıblar. Sülhməramlılardan bunun səbəbini soruşanda onlara sözügedən durumun insan həyatını xilas etmək üçün olduğu deyilib. Dünənki insidentdən sonra aydın olur ki, Rusiya səssiz formada Qarabağı verir və Azərbaycanın planının reallaşdırılmasında iştirak edir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar