Xəbər lenti
Xarici jurnalistlər Laçın yolunun açıq olduğunu öz gözləri ilə gördü - Şəkillər

Manevr.az "report"a istinadən xəbər verir ki, qonaqlar söhbət əsnasında etiraz aksiyası barədə məlumatlandırılıblar. Onlara aksiyanın məqsədi və etirazçıların tələbləri haqda informasiya verilib.
Qeyd edilib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji cinayətlərə son qoyulmasıdır. Bildirilib ki, yol humanitar məqsədlər üçün tam açıqdır və heç bir blokadadan söhbət gedə bilməz. Həmçinin xarici media nümayəndələrinə aksiyanın dinc şəkildə keçirildiyi barədə məlumat verilib. Bununla yanaşı, əcnəbi jurnalistlər Azərbaycanın işğaldan azad olunan ərazilərində, xüsusən də Şuşada aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb.
Həmçinin qonaqlar Azərbaycanın mədəniyyət paytaxtında mövcud olan tarixi yerləri ziyarət ediblər. Onlar işğal dövründə şəhər ərazisində ermənilər tərəfindən törədilən vandalizm nümunələri ilə əyani şəkildə tanış olublar. Qeyd edək ki, xarici media nümayəndələri bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə də səfər edəcəklər.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar