Xəbər lenti
Görüs-Laçın yolu sabah açılır - Arutyunyan
Ermənistan və Azərbaycan arasındakı alternativ yolun (Görus-Laşın yolu) torpaq hissəsi təxminən 20-25 gün əvvəl tamamlanıb.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.
“Bundan sonra birinci asfalt örtüyü salınıb. Hələ də elə yerlər var ki, orada artıq ikinci qatın asfaltlanması prosesinə başlanılıb. Yol aprelin 1-dən nəqliyyatın hərəkəti üçün açıq olacaq və yaya qədər orada tam asfaltlanmış yol salınacaq, üç qat asfalt örtüləcək, yol nişanları ilə təchiz olunacaq”, - deyə Arutyunyan qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 30-da hökumətin iclasında demişdi:
“Bildiyiniz kimi, 2022-ci ilin avqustunda Azərbaycanla əldə edilmiş razılaşma nəticəsində Laçın dəhlizinin marşrutu müəyyən edilib. Yeni yolun istifadəyə verilməsi nəzərədə tutulub, lakin Laçın dəhlizini Ermənistanla birləşdirən yol tam hazır olmadığından, Kornidzor körpüsü ilə Ermənistan ərazisinə, daha sonra yenidən Azərbaycan ərazisinə və yenidən Ermənistan ərazisinə daxil olan müvəqqəti marşrut açıldı.
Əldə edilən razılaşmaya əsasən, bu marşrut 2023-cü il aprelin 1-dək fəaliyyət göstərməli idi. Bir gün əvvəl Azərbaycan tərəfinə məlumat vermişdik ki, razılaşmaya əsasən, Kornidzor körpüsündən sonra yol yalnız Ermənistan ərazisindən keçəcək və Ermənistanın sərhəd qoşunları ölkəmizin dövlət sərhədinin mühafizəsini öz üzərinə götürəcək”.
O, həmçinin əmin edib ki, erməni mövqelərinin yerləşdiyi yerdə heç bir dəyişiklik olmayıb:
“Baş verən dəyişiklik belədir: Müdafiə Nazirliyinin bölmələri Ermənistanın dövlət sərhədi boyunca eyni mövqelərdən çıxarılacaq və onların yerinə sərhəd qoşunları yerləşdiriləcək”.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar