Xəbər lenti
Mühüm yüksəkliklər nəzarətə götürüldü: Qarabağda növbəti addım bu olacaq
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Kənan Novruzov deyib.
O deyib ki, bu, gözlənilən və zəruri tədbir idi:
“Çünki rəsmi Bakının xəbərdarlıqlarına baxmayaraq, ermənilərin Laçın yolundakı qanunsuz fəaliyyətləri davam edir. Ərazilərdəki təbii sərvətlər talanmaqla yanaşı, həm də Ermənistandan separatçı rejimə silah daşınırdı.
Ermənilərin Xəlfəli-Turşsu yolundan qondarma rejimə qanunsuz hərbi daşımalarına ərazidəki rus sülhməramlıları da şərait yaradırdı. Biz bu barədə mövqeyimizi bir neçə dəfə ifadə etmiş, qanunsuz əməlin dayandırılmasını tələb etmişdik, amma faydası olmadı”.
Politoloq bildirib ki, qanunsuz hərbi daşınmalar Azərbaycanın milli maraqlarına zidd, təhlükəsizliyinə təhdiddir:
“Bu cür provokativ addımlar eyni zamanda həm ermənilərin, həm rusların Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın şərtlərinə əməl etmədiyini göstərir. Beləliklə, yekun nəticə budur: ermənilər riyakar və qeyri-səmimidir.
Üstəlik, son vaxtlar Qarabağdakı terrorçular və Ermənistan Silahlı Qüvvələri hərbi təxribatlar törədir, mövqelərimizi atəşə tuturdular. Bununla paralel olaraq Ermənistan rəsmilərinin, o cümlədən baş nazir Nikol Paşinyanın sərsəm iddiaları da davam edirdi. Şübhəsiz, bütün bunlara qon qoyulmalı idi”.
K.Novruzov deyib ki, Laçın yolundakı hakim yüksəkliklərin və sərhədboyu geniş sahələrin nəzarətə götürülməsinin bir neçə əhəmiyyəti var:
“Birincisi, bundan sonra ermənilər qanunsuz əməllərini davam etdirə bilməyəcəklər. Biz bunun qarşısını aldıq. Nəticədə həm də ehtimal edilən təhdidlərin qarşısını aldıq.
İkincisi, gələcəkdə ərazidə nəzarət-buraxılış məntəqəsinin təşkili üçün şərait yaradıldı. Yəqin ki, növbəti addım Laçın yolunda nəzarət postlarının qurulması olacaq. Bundan sonra aksiyalar başa çatacaq.
Üçüncüsü, bu, həm də mesajdır. Biz ermənilərlə yanaşı, ruslara da göstərdik ki, təxribatlar Azərbaycanın öz maraqlarını təmin etməsinə mane ola bilməz. Əgər provokasiyalar davam edərsə, biz hərbi güc yolunu seçə bilərik. Hər kəs bunu bilməli və sabotaj cəhdlərindən imtina etməlidir”.globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar