Xəbər lenti
Ordumuzun son əməliyyatı: nələrə nail olduq?
Azərbaycan Ordusu Qarabağda keçirdiyi son əməliyyatla separatçıların silah-sursat daşıdığı yolu nəzarət altına götürüb. Beləliklə, separatçıların Ermənistanla bütün əlaqələri Bakının nəzarətinə keçib.
Manevr.az xəbər verir ki, politoloq Qabil Hüseynli publika.az-a açıqlamasında böyük və nadir bir işin başlanğıcını qoyduğumuzu bildirib:
“Müzəffər Ordumuz ubir güllə belə atmadan ermənilərin uzun müddətdir alternativ yol kimi istifadə etdikləri kommunikasiya yollarına nəzarəti ələ alıb. Beləliklə də suverenliyimizi Qarabağın böyük hissəsinə yaya bilmişik. Hesab edirəm ki, bundan sonra da həmin proseslər bu cür lokal xarakterli əməliyyatlarla davam edəcək. Rəsmi Bakı göstərdi ki, bu addımlarla öz suveren ərazisində istədiyi kimi davrana bilər və praktiki olaraq qeyri-qanuni fəaliyyətlərə imkan verməyəcək”.
Politoloq qeyd edib ki, bizim gündəliyimizdə Ağdərə, Kəlbəcər yolu, Sərsəng su anbarı məsələsi, Ermənistanı sülhə sövqetmə mövzusu, separatçıları rəsmi Bakı ilə danışıqlara məcburetmə xətti var:
“Bunların hər birinə nail olacağıq. Güman edirəm ki, atılan addım artıq alternativ yollarda dayaq məntəqələrinin yaradılması, Ordumuzun dayaq nöqtələrinin qurulması, gələcəkdə digər yaşayış məntəqələrinə qədər Azərbaycan hakimiyyətinin suveren hüquqlarının yayılması tədricən həyata keçiriləcək. Beləliklə, biz ərazi bütövlüyümüzü sözügedən ərazilərdə də tam bərpa edəcəyik”.
Q.Hüseynli vurğulayıb ki, proses separatçıların Qarabağdakı erməni əhalisi üzərində təsirinin azalması ilə nəticələnəcək:
“Bu isə ermənilər arasında inteqrasiyanın alternativinin olmadığı rəyini gücləndirəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar