Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndi ilə bağlı son xəbər: separatçılardan təmizlənir, nəzarət bərpa edilir – Ermənilər şokda

Tarix: 27-03-2023 14:45     Baxış: 4347 A- / A+

“Qarabağda son əməliyyatı artıq praktiki addımlar mərhələsinə keçid olaraq dəyərləndirə bilərik və bu əməliyyatın həm hərbi, həm siyasi nəticələrinə baxdıqda proseslərin perspektiv inkişafı haqda da müəyyən ehtimallar irəli sürmək mümkündür”.
Manevr.az bildirir ki, bu sözləri globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi son əməliyyatlar fonunda separatçıların üzləşdiyi çətin vəziyyət və Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması ehtimalları haqda danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu separatçıların Ermənistana çıxışı olan və silah-sursat, eləcə də canlı qüvvə daşıdığı yollarını bağladı:
“Hərbi baxımdan bu üstünlüyün həm də siyasi nəticələri olacaq. Separatçıların Qarabağdakı erməni əhalisi üzərində təsiri azalacaq və ermənilər Bakıya tabe olmaqdan başqa çıxış yolunun olmadığını daha real olaraq anlayacaqlar. Çünki torpaq yollar separatçılara güclənmək və dirəniş göstərmək imkanı verirdi. Bu fonda Prezident Administrasiyasının ermənilərə Bakıda görüşməklə bağlı növbəti təklifi diqqət çəkir. Bu təklifin məhz əməliyyatdan, yəni ermənilərin Ermənistana çıxış yolları üzərində tam nəzarətin əldə edilməsindən sonra ortaya çıxması təsadüfi deyil. Bakı ermənilər üçün çıxış yolunu təklif edir: inteqrasiya prosesinin alternativi yoxdur və gəlin bunu müzakirə edək”.
Ekspertin sözlərinə görə, separatçılar böyük ehtimalla ermənilərin adından çıxış edərək bu təklifdən imtina edəcək, çünki təklifi qəbul etmək, Bakının hakimiyyətini qəbul etmək deməkdir:
“Lakin bu onlar üçün dilemmativ vəziyyət yaradır. Təklifi qəbul edə bilmədikləri kimi, bundan imtina da onları legitim hədəfə çevirir, çünki faktiki erməni əhali ilə təmasların önünü kəsirlər.
Baş verənlər fonunda may ayında separatçıların tam təmizlənməsi gözləntisi heç də qeyri-real deyil. Çünki Bakının Xankəndi üzərində nəzarəti güclənir və belə bir məqamda Rusiyanın da separatçılara kömək etmək imkanı azdır. Moskva həm də regional proseslərə görə Bakı ilə üz-üzə gəlməkdə maraqlı deyil. Qərbə gəlincə, Bakı və ermənilər arasında təmasları dəstəkləyən onlardır. Separatçıların bu təmasların qarşısını alması onları Qərbdən – ABŞ və Avropa İttifaqından dəstəkdən də məhrum edir. Bu baxımdan, proseslərin mümkün inkişafı bunun mütləq may ayında baş verəcəyini demək çətin olsa da, Bakının Qarabağa tam nəzarətinə doğru gedir”.
A.Nərimanlı hesab edir ki, may ayının xüsusi əhəmiyyəti var:
“Çünki Türkiyədə seçkilər və Ərdoğanın yenidən seçilmək şansı nə qədər olsa da, fors-major halın baş vermə ehtimalı da dəyərləndirilir. Bakı məhz bu seçkilərə qədər üçtərəfli razılaşmanın 4-cü bəndinin icrasını, yəni erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmasını təmin etməyə çalışa bilər. İndi əsas hədəf öz suveren ərazimizdə dövlətə təhlükə ola biləcək ocaqların söndürülməsidir, bu da Qarabağın silahsızlaşdırılmasından keçir. Buna nail olandan sonra sülh müqaviləsinin imzalanması prosesində əlimiz güclənə bilər. Fikrimcə, may ayına – Türkiyədəki seçkilərə qədər Qarabağda müəyyən proseslərin baş verəcəyini görə bilərik”.

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar