Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ermənistanın xüsusi xidmət orqanlarını necə ələ saldı? - VİDEO

Tarix: 25-03-2023 10:11     Baxış: 4199 A- / A+

REAL TV "La Vira – məxfi menyu” adlı sənədli film çəkib.

Manevr.az
xəbər verir ki, martın 28-də REAL TV-də nümayiş olunacaq bu filmdə Azərbaycan xüsusi xidmət orqanlarının məxfi əməliyyatından bəhs edilir. Həmin əməliyyat 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə özünəməxsus rol oynayıb.
Filmin anonsunda qeyd edildiyi kimi, xüsusi xidmət orqanlarının əməkdaşlarını hamı hər yerdə gözləyir. Amma onlar həmişə gözlənilməzdir. Onlar gözəgörünməzdir, ancaq hamının gözü qabağındadırlar.

Sənədli filmdə 2019-cu ilin mart ayından Ermənistan xüsusi xidmət orqanlarının başına bəla kimi gətirilən hadisədən söz açılır: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanlarını necə ələ salmasından bəhs edilir. "La Vira” italyan mətbəxinə aid təamdır. Tamaşaçı filmdə Azərbaycan DTX-nin Ermənistan məxfi xidmət əməkdaşlarına bu təamı necə "həzm etdirməsi” ilə tanış olacaq. 
Filmdə bu nadir əməliyyat barədə tamaşaçılara unikal arxiv materialları əsasında ətraflı məlumat verilir. Məhz buna görə də tamaşaçıların filmə böyük maraqla baxacağını əminliklə söyləmək olar.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar