Xəbər lenti
Ordumuz bu istiqamətdə irəliləyir: İrəvan təşvişdə
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Ordunun plana uyğun yerdəyişmələri Ermənistanda panikaya səbəb olub. Ermənistan mətbuatı iddia edir ki, Azərbaycan ordusu bu ölkənin sərhədlərinə doğru irəliləyir.
Erməni mətbuatından sitat: “Ötən gün sosial şəbəkədə Azərbaycan ordusunun texnika karvanının Gəncə bölgəsindən Ermənistanla sərhəd istiqamətində hərəkəti ilə bağlı görüntülər yayılıb. Karvan E60 şosesi ilə Göygöl rayonu istiqamətinə gedir".
Yazıda qeyd edilir ki, şəxsi heyət və ya hərbi yük daşıyan karvan Basarkeçər (Vardenis) istiqamətində Ermənistanla sərhədə doğru hərəkət edir.
Erməni mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Novruz təbrikində dediklərini xatırladaraq isterikaya düşür:
“Ermənistan sülhün bərqərar olması üçün Azərbaycan hakimiyyətinin şərtlərini qəbul etməlidir”.
Çox maraqlıdır ki, Ermənistan mediası belə durumda ümidi İranda görür:
“İran mediası və İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı kanallar Qarabağ məsələsinin güc yolu ilə həllinə cəhdin İranın dərhal reaksiyasına səbəb olacağını bir daha qeyd ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar