Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Vaxtdır, Xankəndi və Xocalı...” – Rus polkovnikdən diqqətçəkən mesaj

Tarix: 19-03-2023 20:47     Baxış: 4287 A- / A+

“Azərbaycanlıların Xankəndi və Xocalıya qayıtmalarının vaxtıdır”.
Manevr.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko “Vestnik Kavkaza”ya açıqlamasında deyib.
“Azərbaycanlıların Xankəndi, Xocalıya və digər yaşayış məntəqələrinə qayıtmaları üçün ilk növbədə əsas şərt yerinə yetirilməlidir - Ermənistan silahlı qüvvələrinin və separatçıların hərbi birləşmələrinin Qarabağ ərazisindən çıxarılması”, - ekspert bildirib.
Korotçenko indiki durumda ora qayıtmağın təhlükəli olduğunu söyləyib:
“Fakt budur ki, Azərbaycan dövləti və xalqına nifrətlə dolu silahlı insanların olduğu bir şəraitdə ora qayıtmaq ən azı təhlükəlidir. Bəllidir ki, azərbaycanlılar bu şəhər və kəndlərə mərhələli şəkildə qayıdacaqlar. Bu da digər məsələlərlə yanaşı, Qarabağda yaşayan ermənilərin Azərbaycanın hüquqi və siyasi məkanına reinteqrasiyası ilə sinxronlaşdırılacaq”.

Korotçenko vurğulayıb ki, azərbaycanlıların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya qaytarmaq hüququ var:
“Bura Azərbaycan ərazisidir. Qarabağ münaqişəsi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İndi azərbaycanlı əhali, məsələn, vaxtilə Ermənistanın işğalı altında olan Ağalı və Talış kəndlərinə qayıdırsa, bu proses Qarabağın Rusiya sülhməramlı kontingentinin olduğu hissəsində həyata keçiriləcək. Bu, indi Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə görə baş vermir, amma proses üzərində işləmək lazımdır”.
Ekspert qeyd edib ki, indidən azərbaycanlıların Xankəndinə, Xocalıya və digər şəhər və kəndlərə köçməsinə şərait yaratmaq lazımdır.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar