Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Xocalıdan Azərbaycana mesaj verdi: Bayraq təxribatının arxasında dayanan amil

Tarix: 16-03-2023 16:30     Baxış: 3236 A- / A+

Rusiya sülhməramlılarının dəstəyi ilə separatçıların Qarabağa silah-sursat daşıması ilə bağlı məlumatlar gəlməkdə davam edir. Hətta separatçıların bölgədə hərbi hissə yaratdıqları da deyilir. Martın 15-də sülhməramlı kontingentin Şuşa yaxınlığında Turşsu yaxınlığında SSRİ bayrağı qaldırlması isə onların bölgədəki fəaliyyətilə bağlı müzakirələri gücləndirdi.
Bəs sülhməramlıların bu addımları nəyə hesablanıb? Son baş verənlər Qarabağda proseslərin gedişatına necə təsir göstərəcək?
Manevr.az-ın xəbərinə görə, sülhməramlıların bölgədəki vəziyyətini və fəaliyyətini Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Qarabağdakı separatçı rejim Ermənistandan deyil, Rusiyadan asılıdır:
“Qarabağda separatizmi yaradan da, onu idarə edən də məhz Rusiyadır. 2020-ci ildən sonra bu nəzarət faktiki olaraq həyata keçirilir. Qarabağdakı separatçılar artıq Ermənistan hakimiyyətindən deyil, birbaşa Rusiyadan asılıdırlar, hətta arada gediş-gəliş də mövcuddur. Yəni bütün bunlar Rusiyanın təxribatçı siyasətidir.
Rusiya sülhməramlılarının Qarabağa gedən silahla dolu nəqliyyat vasitələrini müşayiət etməsində məqsəd odur ki, biz onları neytrallaşdırmayaq. Hazırda bizim başlıca məqsədimiz Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, bütün yolların nəzarətə götürülməsidir ki, buna nail olacağıq. Əgər bunu edə bilməsək, sülhməramlıların müşayiəti ilə bölgəyə silah, sursatın daşınması davam etdiriləcək”.
Politoloq qeyd edib ki, Rusiyanın bu kimi addımları müəyyən məqsədə hesablanıb və bölgəni tərk etməyəcəyi ilə bağlı mesaj verir:
“Xocalıda SSRİ bayrağının dalğalandırılması, rus sərkərdələrinin abidələrinin ucaldılması kimi addımlar tamamilə təxribat məqsədilə atılır. Avropa ilə müharibə aparan rus sərkərdəsinin Azərbaycana, Xocalıya nə aidiyyatı var? Bununla bizə demək istəyirlər ki, rus hərbi kontingenti Qarabağı tərk etməyəcək. Amma 2 il sonra bizim əsas vəzifələrimizdən biri də 2020-ci ildə imzalanan 10 noyabr Bəyanatına uyğun olaraq rus hərbi kontingentini bölgədən yola salmaq olacaq.
Qarabağda antiterror əməliyyatlarının keçirilməsi ehtimalı da hazırda aktualdır. Ümumilikdə bizim iki hədəfimiz olmalıdır. Bunlardan ilki Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması və digər alternativ yolların nəzarətə götürülməsi, ikincisi isə erməni separatçıların tərki-silah olunması məqsədilə antiterror əməliyyatlarının keçirilməsidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar