Xəbər lenti
Ermənilər eyni səhvi təkrarladılar - 44 günlük savaşa da bu səbəb olmuşdu

Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bölgədəki son gəlişmələrə diqqət çəkib:
“Ermənilər eyni səhvi təkrarlamaqda davam edirlər. 2016-cı ilin aprel ayında atəşkəsi pozdular, Azərbaycan ordusu əks-həmlə ilə cavab verdi, 2020-ci ilin iyul ayında Tovuzda mövqelərimizi atəşə tutdular, itki verdik, zərbələr endirdik və bu hadisə böyük müharibəni yaxınlaşdırdı. Sentyabr ayında yenə təxribata baş vurdular, İkinci Qarabağ Müharibəsi başladı. Martın 13-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə Qarabağdakı mövqelərimizi, o cümlədən erməni separatçıları Rusiya hərbi kontingentinin yerləşdiyi ərazidən Xocalı rayonu istiqamətindəki mövqelərimizi atəşə tutdular.
Digər tərəfdən, erməni icmasının nümayəndələrinə növbəti görüşün Bakıda keçirilməsi təklif olunub. Bu təşəbbüslərimizi mövqelərimizi atəşə tutmaqda əngəlləməyə çalışırlar. İşin içində Rusiya hərbi kontingenti, onun təsiri altında olan erməni separatçıları və Ermənistandakı “Qarabağ klanı” var. Qarşımızda kim olur-olsun, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar