Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İranın Qarabağa yerləşdirdiyi terrorçularla bağlı ŞOK TƏFƏRRÜAT - Təlimlərə erməni rəhbərlik edir

Tarix: 13-03-2023 10:43     Baxış: 3301 A- / A+
Fars molla rejiminin anti-Azərbaycan, anti-türk siyasətinin yeni təfərrüatları bəlli olmaqdadır. Söhbət İranın Qarabağda yerləşdirdiyi terrorçu qruplarından gedir.
Manevr.az türk mediasına istinadən bildirir ki, İranın Suriyadakı yumşalmadan sonra terrorçu qruplaşmalarının üzvlərini Qarabağ bölgəsinə köçürməyin yeni təfərrüatları bəlli olub.
Rusiya və Avrasiya üzrə ekspert Toğrul İsmayıl bununla bağlı "Yeni akit" qəzetinə bildirib ki, onların təkcə Qarabağa deyil, eləcə də, Rusiya-Ukrayna bölgəsinə də göndəriləcəyi ehtimalı yüksəkdir. Xatırladaq ki, Türkiyə-Azərbaycan əlaqələrinin bölgədə oynadığı aktiv rola görə strateji əhəmiyyətini itirdiyini düşünən İranın Qarabağa 4 min silahlı göndərdiyi barədə mediada xəbərlər dolaşır. Özü də silahlı qruplaşma üzvlərinə düşərgələrdə PKK-çılarla ermənilər birgə təlim keçir. Onların başında isə separatçı Qarabağ rejiminin komandirlərindən olan Vazgen Sisilyan dayanır. Toğrul İsmayıl hesab edir ki, bu iddialar əvvəllər də olub:
"İran-Ermənistan münasibətləri çox isti və yaxın idi. İranın Azərbaycanla və ya regionla bağlı siyasəti Ermənistan vasitəsilə müəyyən edilir. Səbəb odur ki, şimalda güclü Azərbaycan dövlətinin qurulması arzuolunmazdır, digər tərəfdən Türkiyə-Azərbaycan ittifaqı İranın siyasətinə ziddir. Bu boş qruplardan regional münaqişələrdə istifadə İran üçün üstünlükdür. İran bunu öz ölkəsinə gətirməkdənsə, xaricdə istifadə etməyi bir fayda kimi görə bilər. Onların təkcə Qarabağa deyil, digər münaqişə zonalarına, Rusiya-Ukrayna regionuna da göndəriləcəyi ehtimalı yüksəkdir.

PKK-Ermənistan-İran münasibətləri

Təbriz Araşdırma İnstitutunun eksperti Babək Şahit isə bu hadisənin yeni olmadığını bildirib və əlavə edib ki, İranla PKK-nın, xüsusən də erməni birləşmələri arasındakı əlaqələr Suriyada vətəndaş müharibəsi başlayandan bəri davam edir: "Suriyanın şimalında yaradılmış Assuriya birliyinin "Suturo Briqadası" 2014-cü ildə YPG-dən ayrılaraq İran-Qüds Qüvvələrinə qoşulub. O zaman İranın dəstəklədiyi Ağa Petros adlı təlim-məşq toplanışı verilmişdi. Türkiyə səfirliklərinə edilən hücumların səbəbkarı da məhz Sisilyandır".
Ən mühüm təşkilatın ikinci Qarabağ müharibəsində gündəmə gələn VOMA Terror Təşkilatı olduğunu vurğulanır. "Biz bilirik ki, bu VOMA düşərgələri işğal olunmuş ərazilərdədir və məsələn Tuğ kəndində düşərgə var. Bu düşərgədə İranın Qüds Qüvvələrinin dəstəyi ilə PKK-çılar və ermənilər silahlı təlim alırlar. Bu terror təşkilatının rəhbərliyinə Vova Vartanov rəhbərlik edir. Vacib məsələlərdən biri də qondarma hərbi komandir Vazgen Sisilyandır. 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə hücumun, daha sonra isə 1991-ci ildə Türkiyənin Budapeştdəki səfirinin öldürülməsinin səbəbkarı Livan ermənisi olan Sisilyandır. O, Livan ermənilərinə və hazırda bu terror təşkilatının oradakı hərbi təlimlərinə cavabdehdir. Biz bilirik ki, İkinci Qarabağ müharibəsi zamanı bir Ermənistan vətəndaşı İran üzərindən 300 nəfəri bu düşərgəyə apararaq ermənilərə dəstək verib".

"İddiaların 100 faiz dəqiqliyi var"

Qüds Qüvvələrinin öz daxilində təşkil etdiyi silahlı birləşmələri hərəkətə gətirmək və orada qeyri-sabitlik yaratmaqla məqsədinə çatmaq istədiyi vurğulanır. "Azərbaycan İrandan Qarabağa qanunsuz daxil olan 17 nəfəri əsir götürüb. İran bununla bağlı açıqlama verməyib. Bu iddiaların doğruluğu 100 faizdir. Bu, sadəcə iddiadan kənar sübut olunub, rəsmi qurumların həm xəbərləri, həm də açıqlamaları var".milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar