Xəbər lenti
Ermənilər Qarabağa hansı silahları daşıyır - Ekspert açıqladı
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlik bildirib ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.
Ancaq Ermənistandan Qarabağa gələn yük maşınlarında hansı silahların daşındığı ictimaiyyətə açıqlanmayıb.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, daşınan silahların 95 faizi Rusiyaya məxsusdur.
"Ermənistan tərəfindən Qarabağa qanunsuz yolla atıcı, iriçaplı silahlar, qumbaratan və onlara lazım olan sursatlar daşınır. Hazırda separatçıların istifadə etdiyi silahlar arasında Rusiya istehsalı olan silahlar üstünlük təşkil edir. Ermənistan tərəfindən Qarabağa silahlı dəstələrin təchizatı üçün daha çox yanacaq-sürtkü materialları, dərman pereparatları, ərzaq və texnikaların təmiri üçün zəruri olan ehtiyyat hissələri daşınır".
Ekspert vurğulayıb ki, müharibədən sonra Ermənistan tərəfindən Azərbaycan ərazisinə ağır texnikalar da daşınıb:
"Separatçıların əlində ağır texnikalar mövcuddur. Bunların müharibədən sonra daşınması haqqında məlumatlara sahibəm, ancaq ictimaiyyətə təqdim etmək üçün vizual görüntülər hazırda əlimdə yoxdur. Təbii ki, Ermənistanın bu cür riyakarlıq etdiyi hər kəsə məlumdur. Hətta, 2021-ci ilin peyk görüntülərində, Xankəndi ətrafında və Ağdərəyə yaxın olan ərazilərdə təxminən 200-ə yaxın texnikanın cəmləşdiyi müşahidə olunub. Onların arasında müasir silah sistemləri olmasa da, həm müdafiə, həm də hücum silahları var idi".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar