Azərbaycanda 16-ya qədər Latviya şirkəti fəaliyyət göstərir.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
O bildirib ki, bu şirkətlərin əksəriyyəti nəqliyyat sahəsində fəaliyyət göstərir: “Azərbaycan da Latviyaya investisiya qoyub. Bu investisiyanın həcmi 166 milyon dollardır”.
Yusif Abdullayev xatırladıb ki, 2019-cu ildə Riqada Azərbaycan Ticarət Evinin açılışı olub ki, bu da iqtisadi əlaqələrə təkan verib: "2022-ci ildə Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 46 milyon ABŞ dollarına çatıb. Latviyaya ixrac 3 dəfə artaraq 28 milyon ABŞ dolları təşkil edib. 1995-2022-ci illərdə Latviya Azərbaycan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyub”.
O əlavə edib ki, Azərbaycan tərəfi Latviya şirkətlərinin də azad olunmuş ərazilərdə işləməsini görməyə şad olardı.
Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Kaspars Rozkains isə bildirib ki, Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmaq, birgə məhsullar istehsal etmək və Avropa bazarına çıxarmaq istəyirlər: “Bizim şirkətlərimizin bununla bağlı potensialı var”.apa
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar