Xəbər lenti
Xankəndiyə alternativ yollar necə çəkilib? - Polkovnik açıqladı

Manevr.az bildirir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.
O qeyd edib ki, rus sülhməramlılarının belə bir öhdəliyi var:
“Bununla yanaşı Azərbaycan tərəfi dəfələrlə bu yollarla qeyri-qanuni daşımaların olması ilə bağlı rus sülhməramlılarına məlumat verib. Son zamanlar isə artıq rəsmi şəkildə bu xəbərdarlıqlar edilib. Martın 5-də isə növbəti belə bir faktın olması ilə bağlı Azərbaycan tərəfi məlumat əldə edib. Bu faktın yerində yoxlanılması ilə bağlı Azərbaycanın müvafiq bölmələri əraziyə baxış keçirib. Oradan döyüş sursatlarının keçirilməsi ilə bağlı faktlar aşkarlanıb. Azərbaycan tərəfi bu faktın yoxlanılmasını həyata keçirən zaman silahlı müqavimətlə rastlaşıb. Şəhidlərimiz var”.

Şair Ramaldanova görə, rus sülhməramlıları həmin yollardan separatçıların istifadəsi üçün imkanlar yaradıb: “Fakt odur ki, separatçılar və Ermənistan hakimiyyəti məhz Laçın yolundan kənar yollarla qanunsuz daşımalar həyata keçirib. Ermənilər məhz bu torpaq yollarla Azərbaycan ərazisinə mina, silah-sursat və qanunsuz daşımalar həyata keçirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar