Xəbər lenti
Ermənilər Volkovun istefasını tələb edir
Manevr.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Nəşrin məlumatına görə, son vaxtlar Qarabağ erməniləri arasında anti-Rusiya əhval-ruhiyəsi yüksəlir. Buna səbəb kimi Xankəndi ətrafında baş verən hadisələrə guya rus sülhməramlılarının müdaxilə etməməsi göstərilir.
Separatçı Tiqran Petrosyan isə Ermənistan rəhbərliyinə müraciət edərək, onlara silah göndərilməsini tələb edib.
Digər məlumata görə, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə separatçı rejim sakinlərə silah paylamağa hazırlaşır. İddia olunur ki, əli silah tuta bilən hər kəsə silah veriləcək və bacarmayanlara isə təlim keçiriləcək. Həmçinin, separatçılar özünü müdafiə dəstələri yaratmağı planlaşdırır.
Göründüyü kimi, erməni separatçıları Azərbaycan Ordusuna qarşı yeni təxribatlara hazırlıq görürlər. Lakin 44 günlük müharibədə biabırçı məğlubiyyətlə üzləşən Ermənistan tərəfi və onların himayə etdiyi qondarma rejim "dəmir yumruğun" hələ də başları üstündə olduğunu deyəsən unudurlar.
Qeyd edək ki, Azərbaycan Ordusuna Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə daşınması baradə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanılması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar