Xəbər lenti
Ermənilər Xocalıda məskunlaşdırılır - 10 yaşayış binası istifadəyə verəcək - ŞƏKİL
Manevr.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı-terrorçu rejimin qondarma "şəhərsalma naziri"nin müavini Aram Qasparyan danışıb.
Onun sözlərinə görə, 2022-ci ilin sonunda 10 binanın istifadəyə verilməsi planlaşdırılıb, lakin guya blokadaya görə işləri başa çatdırmaq mümkün olmayıb.
“Hazırda bu binalarda işlər demək olar ki, yekunlaşıb. Bəzilərində yalnız santexnika və elektrik avadanlıqlarını quraşdırmaq qalır. Mövcud vəziyyətlə əlaqədar olaraq xarici infrastrukturun tikintisi üzrə işlər dayandırılıb”, - deyən nazir müavini əlavə edib ki, hər evdə 2 və 4 otaqlı 12 mənzil var.
Onun sözlərinə görə, ən qısa zamanda mağaza və anbarlardan tikinti materialları alınacaq və adıçəkilən 10 yaşayış binası istifadəyə veriləcək.
Xatırladaq ki, Rusiya “sülhməramlı” kontingentinin himayə etdiyi separatçı-terrorçu rejim 2021-ci ildən başlayaraq Xocalı şəhəri və rayonun bəzi kəndlərində, həmçinin Şuşa rayonunun Xankəndinə bitişik Malıbəyli kəndində 44 günlük savaşda Şuşa və Hadrutdan köçmüş ermənilər üçün binalar və fərdi həyət evləri tikməyə başlayıb.hafta.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar