Xəbər lenti
Rusiya Müdafiə Nazirliyi erməni təxribatını gizlədir
Rusiya sülhməramlıları Xankəndi-Turşsu-Xəlfəli yolunda baş vermiş hərbi təxribatı gizlətməyə çalışır.
Halbuki, martın 5-də erməni silahlı birləşmələri həmin yolda sülhməramlıların müdaxiləsinə ehtiyac olan iki böyük cinayət törədib. Azərbaycan Ordusunun hərbçiləri atəşə tutularaq qətlə yetirilib. Eyni zamanda, Ermənistan ərazisindən Xankəndi-Turşsu-Xəlfəli yolu vasitəsilə Qarabağa silah daşınıb.
Lakin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbər bülletenində bu hadisə barədə heç bir məlumat yer almayıb. Belə ki, martın 5-ə aid məlumat Moskva vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 20:00) yerləşdirilib. Erməni terrorçuların silahlı təxribatı isə səhər saatlarında baş verib. Buna baxmayaraq, Rusiya sülhməramlı kontingentinin hesabatında ermənilərin silah keçirməsi nəticəsində Azərbaycan hərbçilərinin qətlə yetirilməsi faktı gizlədilib. Əgər sülhməramlılar Moskvaya bu xəbəri göndəribsə, o halda Rusiya Müdafiə Nazirliyi bu barədə susmağa üstünlük verib və təxribat əməlini mətndən çıxarıb.
Halbuki, hadisə yerindən yayılan fotoşəkillərdə Rusiya hərbçilərinin əraziyə baxış keçirdiyi, araşdırma apardığı görünür. Beləliklə, sülhməramlı qüvvələr növbəti dəfə öz missiyasına zidd hərəkətə yol verib.
Hərbi ekspert Ədalət Verdiyev cebhe.info-ya açıqlamasında bildirib ki, sülhməramlılar terror cinayəti barədə rəsmi məlumat vermir:
“Rusiya sülhməramlılarının belə fəaliyyəti ilə rastlaşmağımız ilk dəfə deyil. Rusiyanın məqsədi sülhməramlıların bölgədə daha çox qalması üçün silahlıların fəaliyyətinə dəstək verməkdən ibarətdir. Çünki erməni silahlı birləşmələri olmasa, Rusiya sülhməramlı qüvvələrinə də ehtiyac qalmaz. Erməni terrorçularının ərazidəki mövcudluğuna zəmanət məhz Rusiya sülhməramlılarıdır. Müharibədən sonra silah-sursatın, minaların Azərbaycan ərazisinə daşınması məhz Rusiya hərbi kontingentinin gözü qarşısında baş verib. Sülhməramlı kontingentin dayaq məntəqəsindən bir neçə metr aralıda erməni silahlılarının döyüş mövqeləri yerləşir. Bunlar hamısı rusların gözü qarşısında inşa edilir”.
Qeyd edək ki, Rusiya sülhməramlılarının məlumat bülletenində Laçın-Xankəndi yolunun adı təhrif olunaraq ermənilərin təqdim etdiyi kimi, “Stepanakert-Gorus yolu” adlandırılıb. Ermənilər yola bu adı verməklə Xankəndini Ermənistana bağlamağa, dolayısı ilə Qarabağa iddialarını ortaya qoymağa çalışır. Rusiya Müdafiə Nazirlyi isə Azərbaycana məxsus toponimləri saxtalaşdırmaqla ermənilərə bir növ dəstəyini nümayiş etdirib.
Ədalət Verdiyevin sözlərinə görə, Rusiya sülhməramlıları bu cür qanunsuzluqlara son qoymasa, Azərbaycan adekvat tədbirlər görməlidir:
“Bizim ərazimizdə yerləşib ölkəmizin suverenliyini şübhə altına alan hərbi missiyanın Azərbaycanda qalmasını daha geniş şəkildə müzakirə etməliyik. Əgər onlar düzgün nəticə çıxartmasalar, biz də Kuril, Saxalin, İtirup, Şikotan adalarını Yaponiya ərazisi kimi təqdim etməliyik. Yaxud Moskvanı Ukraynada olduğu kimi Moskovya adladıraq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar