Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda antiterror əməliyyatı: erməni diversantlar məhv edildi

Tarix: 05-03-2023 14:24     Baxış: 4283 A- / A+



Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisənin ilk təfərrüatları məlum olub.
Manevr.az bildirir ki, trend-in əldə etdiyi məlumata görə, müəyyən, kifayət qədər uzun müddət ərzində Azərbaycan tərəfi əsas Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçməklə Ermənistan ərazisindən silah və sursatın Qarabağ bölgəsinə daşınması barədə siqnallar alıb.
Bu gün növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerdə yoxlama aparmaq üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident onu təsdiqləyir ki, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, habelə canlı qüvvə atmaqda davam edir. Aydındır ki, Nikol Paşinyanın psevdosülhpərvər ritorikasına baxmayaraq, "miatsuma" siyasətini davam etdirmək cəhdləri dayanmır.
Ermənilər Qarabağda üç diversant itkisini etiraf ediblər.
Məhv edilən separatçı-terrorçuların adları açıqlanıb.
Azərbaycan əməliyyatçılarına atəş açdıqları üçün yerindəcə məhv edilmiş erməni terrorçularının siyahısı:
1. Polkovnik-leytenant Armen Babayan;
2. Mayor David Danielyan;
3. Leytenant Ararat Qasparyan.
Leytenant David Ovsepyan isə güllə yarası ilə Xankəndi xəstəxanasına çatdırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar