Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda səngər əməliyyatı: Bakı nəyə hazırlaşır?

Tarix: 04-03-2023 10:34     Baxış: 3296 A- / A+
Qarabağdakı separatçı-terrorçuların ordumuza qarşı təxribatların hazırladığı gözləntisi hər keçən gün daha da artır. Burada əsas məqsəd erməni əhalisinin Azərbaycana inteqrasiyasının qarşısını almaq və özlərini “tərəf” kimi qəbul etdirməkdir.

Son məlumatlar bu kontekstdə xüsusilə diqqət çəkir: qanunsuz erməni silahlı dəstələrin üç videomüşahidə kamerası Ordumuz tərəfindən sıradan çıxarılıb, bununla yanaşı, separatçıların yeni səngərlər qazdığı, “mövqelər” qurduğunu əks etdirən görüntülər yayılıb;

Səngərlərin sülhməramlıların müşahidə məntəqəsinin yanında qazılması təxribat hazırlığının arxasında Rusiyanın dayandığını açıq şəkildə göstərir. Xocalıda erməni əhalisi ilə keçirilən görüş inteqrasiya prosesində ilk addım kimi qəbul olunur, xüsusilə Qərb buna dəstək verir. Rusiya görüşə “moderatorluq” etsə də, inteqrasiya prosesini əngəlləməkdə maraqlıdır. Çünki qarşıdurma sülhməramlıların bölgədə qalması üçün “qarantiya” deməkdir.

Baş verənlər fonunda videomüşahidə kameralarının sıradan çıxarılması, o cümlədən, erməni terrorçuların səngər qazdığına dair görüntülər iki məsələni aktuallaşdırır.

Birincisi, rəsmi Bakı təmasların qurulmasını istəyən Qərbə, Qarabağdakı erməni əhalisinin adından danışmaq istəyənlərin separatçılar olduğunu və onların Azərbaycanın suverenliyinə təhdid yaratdığını göstərir, eləcə də onları məhvetmə hüququna sahib olduğu mesajını verir;

İkincisi, son siyasi proseslər, xüsusilə Xocalı görüşü fonunda bu faktların ortaya çıxması, qanunsuz silahlı dəstələrə qarşı mümkün əməliyyatı da aktuallaşdırır;

Mümkündr ki, qarşıdakı dövrdə Qarabağda müəyyən əməliyyatların keçirilməsi gündəmə gələ bilər. Çünki separatçı-terrorçuların davranışı onların yalnız güc dilini anladığını təsdiq edir. Bununla yanaşı, separatçıların vəziyyəti gərginləşdirmək üçün ordumuza qarşı daha böyük təxribat hazırladığı da hiss edilir. Belə bir vəziyyətdə anti-terror əməliyyatı qaçılmaz ola bilər.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar