Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzurda şok gəlişmə: “Əhalinin evakuasiyasına hazırlıq gedir, səbəbi...”

Tarix: 03-03-2023 13:38     Baxış: 3273 A- / A+
Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr bu durumun İran ətrafında yaranmış beynəlxalq gərginliklə əlaqəli olduğunu iddia edir:
“Sirr deyil ki, müharibədən sonra Sünik (Zəngəzur) beynəlxalq aktorların və strukturların diqqət mərkəzindədir, iki ilə yaxındır ki, müxtəlif səviyyəli rəsmilər, səfirlər bura gəlirlər, son vaxtlar isə BMT, UNICEF, Avropa Birliyi tərəfindən bölgədə “Fəlakət risklərinin idarə edilməsi” üzrə proqramlar həyata keçirilir.
Sünik regional administrasiyası bildirir ki, bu strukturlar və QHT-lər bir-birini gözləmədən müxtəlif icmalarda fasiləsiz təlimlər keçirir, müzakirələr təşkil edir, bunda da əsasən əhalinin evakuasiya planları, sığınacaqların qaydaya salınması, mənzil fondu və sair məsələlər diqqət çəkir.
Bu fəallıq Sünik sakinləri arasında narahatlıq yaradıb, şübhələr var ki, beynəlxalq ictimaiyyət Süniki yeni fəlakətə hazırlaşdırır”.
Nəşr iddia edir ki, bölgədə 44 günlük müharibədən əvvəlki atmosfer hökm sürür:
“Sakinlər arasında o şübhələr dolaşır ki, region yeni qaçqın dalğasının qəbul edilməsinə hazırlaşdırılır. Ən optimistlər bu hazırlıqların Qarabağla deyil, İranla bağlı olduğuna inanmaq istəyirlər ki, yaxın gələcəkdə geosiyasi gərginlik səbəbindən Sünik iranlı qaçqınları öz damı altında qəbul edə bilər”.
Qəzet Qərblə İran arasında mümkün hərbi toqquşmanın bu ölkədən kənara güclü qaçqın axınına səbəb olacağını bildirir.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar