Xəbər lenti
Xankəndidə ermənilərlə gizli görüş: Bakını bu şəxs təmsil edib və… – SENSASİON İDDİA
Bakı ilə Xankəndidəki ermənilər arasında Laçın yolu barədə aparılan danışıqların detalları bəlli olub.
Manevr.az globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.
Qəzet öz mənbələrinə istinadən Azərbaycan tərəfi üçün hazırda Laçın yolunda rentgen aparatının quraşdırılmasının daha vacib olduğunu bildirib:
“Danışıqlarda Ermənistandan Qarabağa təhlükəli yük göndərilməyəcəyi ilə bağlı müzakirə gedib. Azərbaycan tərəfinin şübhələrini aradan qaldırmaq üçün danışıqların gedişi zamanı əvvəlcə yüklərin yoxlanılması məsələsi irəli sürülüb. Bundan sonra Qarabağ (Xankəndi erməniləri – red.) cavab tələbi ilə çıxış edib. Tələbə əsasən, əgər Bakı bu ideyadan əl çəkmirsə, o zaman qurğu quraşdıraraq nəqliyyat vasitələrini məsafədən izləyə bilər. Yəni buraxılış məntəqəsində nəzarət yalnız Rusiya sülhməramlıları tərəfindən həyata keçirilməli, burada heç bir azərbaycanlı olmamalıdır. Beləliklə, 9 noyabr bəyanatının mahiyyəti pozulmamalıdır”.
Bununla yanaşı, Bakı ilə Xankəndi erməniləri arasında aparılan danışıqlarda Araik Arutyunyan, saxta seperatçı rejimin “təhlükəsizlik şurasının katibi” və “yerli ictimai təşkilatlardan” birinin “rəhbərinin” də yer aldığı iddia edilib.
“Hraparak”ın yazdığına görə, guya görüşdə Azərbaycan tərəfini xüsusi xidmət orqanlarından birinin rəhbəri təmsil edib. Lakin bu iddiaları təsdiqləyən fakt yoxdur.
Qeyd edək ki, rəsmi Bakı Qarabağda heç bir yad ünsürü hakimiyyət kimi qəbul etmədiyini, bu formatda danışıqlar aparmayacağını dəfələrlə elan edib. Bununla yanaşı, Qarabağdakı erməni əhali ilə təmasların qurulduğunu vurğulayıb. Güman edilir ki, danışıqlar da məhz erməni əhali ilə baş tutub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar